Hind okeanında baş vermiş gəmi qəzasında ölənlərin sayı 64-ə çatıb

383

Madaqaskarın şimal-şərq sahilləri yaxınlığında yük gəmisinin bazar ertəsi günü gecə saatlarında qəzaya uğraması nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb, 24 nəfər isə itkin düşüb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu yerli Dənizçilik və Çay Limanları Agentliyindən (APMF) bildiriblər.

Görülən xilasetmə və axtarış tədbirləri nəticəsində 50 nəfərin tapılaraq xilas edildiyi deyilir. Gəmidə 138 nəfər olub.