Süveyş kanalı endirimlər təklif edir

581

Süveyş Kanalı Administrasiyası kanaldan keçən LNG daşıyıcıları üçün endirimlər təklif edir.

“Seanews.az” xəbər verir ki, qaz daşıyan tankerlərin kanaldan keçidi tarifində endirim 30% təşkil edəcək.

Koçinə və onun şərqindən Sinqapuradək gedən qaz daşıyıcıları üçün endirim 55%, Sinqapura və daha şərq istiqamətində 75% təşkil edəcək.

Gəmi sahibləri bu güzəştdən 2022-ci il yanvarın 1-dən iyunun 30-dək yararlana biləcəklər.