Adelaide limanında terminalın tikintisi 250 milyon dollara başa gələcək

312

Cənubi Avstraliya hökuməti Adelaida limanının kənar reydində mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü üçün terminalın tikintisi layihəsini bəyənib.

“Seanews.az”-ın əldə etdiyi məlumata görə, terminalın tikintisi 250 milyon dollara başa gələcək. Cənubi Avstraliyanın paytaxtı Adelaidedən təxminən 14 km aralıda yerləşəcək terminal ştatda LNG idxalı üçün yeganə müəssisə olacaq. Terminal bərpa olunan enerji mənbələrindən əldə edilən elektrik enerjisindən istifadə edəcək.

İnşaat işlərinə gələn ilin ortalarında başlanacaq. Terminal layihənin maliyyələşdirilməsi müqaviləsi bağlandıqdan sonra 12-14 ay müddətində istismara veriləcək. Tikinti zamanı 350 iş yeri yaradılacaq.

Terminala ilk LNG daşınması və Cənubi Avstraliyanın qazpaylama şəbəkəsinə qoşulması 2023-cü ilin sonu – 2024-cü ilin əvvəlinə planlaşdırılır.