“Kanal İstanbul” üzrə işlər 2022-ci ildə sürətləndiriləcək – Nazir

516

“Kanal İstanbul” layihəsi üzrə işlər 2022-ci ildə daha da sürətlənəcək.

Trend xəbər verir ki, bunu Türkiyə nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Bolu əyalətinə səfəri zamanı bildirib.

“Biz layihəyə 2021-ci ildə start verdik və 2022-ci ildə gündəmimizin əsas məsələlərindən olan “Kanal İstanbul” üzrə işləri sürətləndirmək olacaq”, – deyə Karaismailoğlu vurğulayıb.

Nazir əlavə edib ki, layihə Türkiyənin qlobal logistikadakı rolunu artıracaq və qlobal gəmiçilik sənayesinə yeni impuls verəcək.