“Gəmidə sanitar və karantin qaydaları” adlı kitab hazırlanıb

514

Açıq sularda fəaliyyət göstərən dənizçilərin iş qabiliyyətininin yaxşılaşdırılması üçün Ümumdünya Səhiyyə Təşkilatı (WHO) və Beynəlxalq Dəniz Təşkilatının (İMO) gəmilərdə sanitar və karantin şərtlərinə dair tövsiyələrinə uyğun olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşı, həkim Adıgözəl Məmmədov kitab hazırlayıb. 

“Gəmidə sanitar və karantin qaydaları” adlı kitab olduqca sadə dildə yazılıb. 

Adıgözəl Məmmədov bildirib ki, kitab bütün dənizçilər üçün faydalı olacaq. 

“Nəzərə almaq lazımdır ki, gəminin sanitar vəziyyətinə görə həm də dənizçinin özü xüsusi məsuliyyət daşıyır. Komandanın hər bir üzvünün sağlamlığı qarşılıqlı münasibətlərdən, eləcə də gəminin yaxşı tibbi yardım ala bilmək imkanından asılıdır. Bundan başqa, xəstəliklərin önlənməsi praktik səviyyədə mühüm rol oynayır, bu, gəmidə və açıq sularda isə daha vacibdir. Bu baxımdan kitab dənizçilərin məlumatlılığını artıracaq, onları sanitar və karantin qaydalarına dair lazımi məlumatlarla təmin edəcək” – deyə, müəllif qeyd edib.

Kitabın PDF variantı ilə BURADAN tanış ola bilərsiniz. 

seanews.az