Türkiyə Ukraynanın döyüş gəmilərini hərbi idarəetmə sistemi ilə təmin edib

313

Türkiyənin “Havelsan” şirkəti tərəfindən döyüş gəmiləri üçün hazırlanmış “ADVENT SYS” hərbi idarəetmə sistemi Ukrayna da daxil olmaqla bir sıra ölkələrə ixrac edilib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, sistem əvvəlcə Pakistana, daha sonra isə Ukrayna və İndoneziyaya göndərilib.

Lakin müvafiq müqavilələrin nə vaxt imzalandığını və sistemlərin göstərilən ölkələrə nə vaxt çatdırıldığı qeyd olunmayıb.

Mənbə: TASS