SOCAR qazmaçı ixtisası üzrə akkreditasiyalı təlim kursuna başlayıb

327

SOCAR yeni strategiyasının tələblərinə uyğun yüksək ixtisaslı kadr hazırlanmasında, müasir peşə standartlarının tətbiqində daim maraqlıdır.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu səpkidə qazmaçı ixtisası üzrə akkreditasiyalı təlim kursuna start verilib. Təlimlər ABŞ-ın Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının IADC “WellSharp Drilling Operations” proqramı çərçivəsində təşkil olunub.