Dünyanın ən təhlükəli oteli

242

Dünyanın ən təhlükəli otellərindən biri Atlantik okeanında, Şimali Karolina sahillərindən əlli kilometr aralıda yerləşir.

Vaxtilə işıqlandırma stansiyası kimi fəaliyyət göstərən otel ABŞ Sahil Mühafizəsinə məxsus olub.

Riçard Nil adlı şəxs onu 500 min dollara alaraq otelə çevirib. Otelə çatmaq yalnız qayıq və ya helikopterlə mümkündür. On iki qonağın qala biləcəyi oteldə elektrik enerjisi günəş panellərindən alınır. Qonaqlar burada qolf meydançasından, bilyard otağından və internetdən yararlana bilərlər.

Azərtac