Pakistanın Sind əyaləti sahillərində – Ərəb dənizində yanvarın 22-də iki qayığın aşması nəticəsində 30-dan çox balıqçı itkin düşüb.
“Report” “Sinxua”ya istinadən xəbər verir ki, bu barədə polis məlumat verib..
Bildirilib ki, qayıqlarda 35-dən çox balıqçı olub. Onlardan 5-i xilas olunub. Pakistan Hərbi Dəniz Qüvvələri və könüllülər itkin düşənlərin axtarışını davam etdirirlər.
Yerli hakimiyyət nümayəndəsi hadisəyə səbəb olaraq güclü küləyi və qayıqların həddən artıq yüklənməsini göstərib.