NATO Aralıq dənizində hərbi təlimlərə başlayır

293

NATO ölkələri “Neptun Strike 22” adı altında irimiqyaslı dəniz təlimləri keçirəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi bildirib.

Hərbi dəniz təlimləri yanvarın 24-də başlayacaq və fevralın 4-dək davam edəcək.

Kirbi deyib ki, Aralıq dənizində baş tutacaq manevrlərdə gəmilər, sualtı qayıqlar və dəniz təyyarələri iştirak edəcək.

“Təlimlər NATO-nun dənizdə qarşılıqlı fəaliyyət qabiliyyətini nümayiş etdirmək və təkmilləşdirmək üçün nəzərdə tutulub”, – Kirbi qeyd edib.