“Dənizçi Günü”ndə Fəxri Fərmana layiq görülən XDND əməkdaşları ilə görüş keçirilib

236

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO)  sədri Rauf Vəliyevin əmrinə əsasən 25 iyun “Dənizçi Günü” ilə bağlı Fəxri Fərmana layiq görülən Xəzər Dəniz Neft Donanmasının əməkdaşları ilə görüş keçirilib. 

Görüşdə Fəxri Fərmanlar sahiblərinə təqdim olunub, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Dənizçilər əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirib, göstərilən etimadı əməli işləri ilə doğruldacaqlarını, ölkənin tərəqqisi, dəniz nəqliyyatının inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər.

seanews.az