“Tersan” gəmiqayırma zavodunda Rusiya balıqçıları üçün nəhəng trauler inşa edilir

230

Türkiyənin “Tersan” gəmiqayırma zavodunda “Sakit okean balıq sənayesi şirkəti” üçün tikiləcək supertraulerin kili qoyulub.

“Seanews.az” xəbər verir ki,  tədbir şirkətin rəhbərliyinin, texniki heyətin, Rusiya Dəniz Reyestrinin və Norveçin “Skipsteknisk AS” layihə şirkətinin nümayəndələrinin daxil olduğu Rusiya nümayəndə heyətinin iştirakı keçirilib.

“Sakit okean balıq sənayesi şirkəti”nin baş direktoru Mixail Kotov deyib:  “Kilin qoyulması tikintinin çox mühüm mərhələsidir. Kilin qoyulma tarixi gəminin ad günü hesab olunur və bu, sonradan bütün istismar müddətində gəminin sənədlərində əksini tapacaq. Tikintinin tempi bizi yaxşı mənada təəccübləndirir. Gəminin tikintisi qrafiki xeyli qabaqlayır. Bizim türk tərəfdaşlarımızın cari ilin sonuna qədər gəmini suya sala biləcəklərinə heç bir şübhəmiz yoxdur”.