Dənizdə insanları xilas edən dənizçilər cinayət təqibinə məruz qalmayacaqlar

241

Dənizdə insanları xilas edən bütün dənizçilər cinayət təqibindən azad edilir. “Vətəndaşlıq və sərhədlər haqqında” qanuna müvafiq düzəliş Britaniya hökuməti tərəfindən təqdim olunub və bu, bütün millətlərdən olan vətəndaşlara şamil edilir.

“Seanews.az” xəbər verir ki,  qanun layihəsi miqrantların Böyük Britaniyaya qanunsuz daşınmasının qarşısını almağa yönəlib. Sənədə əsasən, qanunsuz immiqrasiyaya şərait yaradan hər kəs cinayət məsuliyyətinə cəlb edilə bilər. Bu təfsir çətin vəziyyətə düşən miqrantlara yardım göstərən dənizçiləri mühakimə etməyə imkan verirdi. Və buna baxmayaraq, BMT-nin Dəniz Hüququ Konvensiyasına və Dənizdə İnsan Həyatının Təhlükəsizliyi Konvensiyasına uyğun olaraq gəmi kapitanları yardım göstərməyə borcludurlar. Xilasetmə tədbirlərinə insanların sudan çıxarılması və onların limana çatdırılması daxildir. Öz növbəsində, sahilyanı dövlətlər Dənizdə Axtarış və Xilasetmə üzrə Beynəlxalq Konvensiyaya əsasən xilas edilənləri qəbul etməyə və sahilə çıxmağa icazə verməyə borcludurlar.

Qanun layihəsi düzəlişsiz qəbul edilsəydi, onda hətta heç bir maddi maraq güdmədən belə, qaçqının Böyük Britaniyaya gəlişini və ya daxil olmasını asanlaşdırmaq cinayət sayılardı. Bu cinayətə görə hətta maksimum cəza -ömürlük həbs nəzərdə tutulub.

Böyük Britaniya Gəmiçilik Palatası və İngiltərə-Niderland Dənizçilər Birliyinin (“Nautilus İnternational”) güclü təsirindən sonra daxili işlər naziri Tom Pursglove qanun layihəsinə düzəliş edildiyini təsdiqləyib və bu düzəlişin “təhdid altında olanları xilas edən təşkilatların və şəxslərin cinayət məsuliyyətinə cəlb edilməyəcəyinə şübhə yeri qoymur.