Tələbələrin nəzərinə!

368

Ümummilli  Lider Heydər Əliyevin

anadan olmasının 99-cu ildönümünə həsr olunan

“DƏNİZ  NƏQLİYYATININ  İNKİŞAF PERSPEKTİVLƏRİ” mövzusunda

Tələbə, magistrant və gənc tədqiqatçıların ənənəvi elmi-texniki konfransı

7-8 aprel 2022-ci il, Bakı

Konfransın işi aşağıdakı bölmələr üzrə keçiriləcək:

  • Gəmiqayırma və gəmi təmiri
  • Dəniz naviqasiyası
  • Gəmi energetik qurğuları
  • Gəmilərin elektrik avadanlıqları və avtomatikası
  • Mexanika
  • Riyaziyyat və informatika
  • Su nəqliyyatının humanitar və dilçilik məsələləri

İştirakçılar təqdim olunacaq tezislərin adlarını kafedra iclasında təsdiq edildikdən sonra fevral ayının        18-dək, tezislərin mətnlərini isə (iştirakçının qrupu, soyadı, adı və elmi rəhbərini göstərməklə) mart ayının 18-dək ADDA-nın Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər.

Ən yaxşı məruzələr Konfransın tezislər toplusunda dərc olunacaq.

Nümunəvi çıxışları ilə fərqlənənlər ADDA-nın fəxri diplomları ilə təltif olunacaqlar.

TƏŞKİLAT KOMİTƏSİNİN ÜNVANI:

Ünvan: AZ1000, Bakı şəh., Z.Əliyeva küç.,18, ADDA.

E-mail: [email protected]    

Ətraflı məlumat üçün Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinə müraciət etmək olar. Otaq: 423

adda.edu.az