Agentliyin İdarə Heyətinin sədri Arif Məmmədov BP-nin nümayəndə heyəti ilə görüşüb

467

10 fevral tarixində Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədov ilə BP-nin Yaxın Şərq və Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Misir və Oman layihələri üzrə vitse-prezidenti Kahal Kellinin daxil olduğu nümayəndə heyəti arasında görüş keçirilib.

Görüş çərçivəsində Dövlət Dəniz və Liman Agentliyi ilə BP arasında olan əməkdaşlıq təhlil edilib və bu əməkdaşlığın daha da gücləndirilməsi yolları müzakirə edilib.

Eyni zamanda həyata keçirilə biləcək birgə layihələr, xüsusilə də rəqabətədavamlı dəniz nəqliyyatı sahəsinin formalaşdırılması məqsədilə tərəfdaşlıq barədə fikir mübadiləsi aparılıb.

ardda.gov.az