ASCO kollektivinə itki üz verib

767

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “Mərdəkan” gəmisinin kapitanın 3-cü köməkçisi Asim Həsənov vaxtsız vəfat edib.

Asim Həsənov 1987-ci il aprelin 19-da Füzuli rayonunun Aybasanlı kəndində anadan olub.

O, 2018-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının Dəniz texnikası və gəmiçilik/gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi ixtisası üzrə bitirib. 2014-cü ildən ASCO sıralarında çalışıb. İşlədiyi dövrdə matrosluqdan kapitanın 3-cü köməkçisi vəzifəsinədək yüksəlib.

İşgüzarlığı və zəhməti ilə daim fərqlənən Asim Həsənov kollektivin böyük hörmətini və rəğbətini də qazanmağı bacarıb

ASCO ailəsi olaraq həmkarımızın vaxtsız vəfatından kədərləndiyimizi bildirir, mərhuma Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına səbr arzulayırıq.