SOCAR-da qaz sızmasının idarə olunması üzrə pilot layihə reallaşdırılır

347

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) qaz sızmasının idarə olunması üzrə pilot layihə reallaşdırılır.

Trend-in məlumatına görə, bunu SOCAR-ın informasiya texnologiyaları və rabitə idarəsinin şöbə rəisinin müavini Fuad Əliyev “IV sənaye inqilabının trendləri” adlı konfransda deyib.

Onun sözlərinə görə, bu günədək qaz paylanmasına və sızmasına nəzarət etməyə imkan verən 466 xüsusi qurğu quraşdırılıb.

“İnformasiya texnologiyaları SOCAR-a təbii qazın paylanmasını idarə etməyə imkan verir. Müəssisəmizdə xüsusi mərkəz var ki, təbii qazı səmərəli şəkildə paylamağa imkan verir. Bu layihəyə iri boru kəmərlərinin də qoşulması planlaşdırılır”, – deyə o bildirib.