Rusiyaya daha bir zərbə: Britaniyanın nəhəng neft-qaz şirkəti “Şimal Axını 2” layihəsindən ÇƏKİLİR

222

Dünyanın enerji nəhənglərindən olan “Shell” “Saxalin 2” layihəsi də daxil olmaqla, “Qazprom” və “Qazprom Neft” ilə birgə müəssisələrdən çıxmaq və “Şimal axını 2”də iştirakını dayandırmaq qərarına gəlib.

Bu barədə İngiltərə – Niderland birgə müəssisəsinin bəyanatında bildirilib.

Qeyd olunub ki, müvafiq qərar Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar səbəbindən qəbul edilib.

Mənbə: “RİA Novosti”