Türkiyə Çanaqqala və Bosfor boğazlarından hərbi gəmiləri buraxmayacaq

261

“Türkiyə bütün sahilyanı və sahilyanı olmayan ölkələrə Çanaqqala və Bosfor boğazlarından hərbi gəmilərin keçməsinə icazə verməyəcəyi ilə bağlı xəbərdarlıq edib”.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

“Biz Montrö Konvensiyasında nəzərdə tutulan müddəaları yerinə yetirmişik və yerinə yetirməkdə davam edəcəyik. Bu günə qədər hərbi gəmilərin keçidi ilə bağlı bir dənə də olsun müraciət almamışıq. Biz bütün sahilyanı və sahilyanı olmayan ölkələrə xəbərdarlıq etmişik ki, heç bir hərbi gəmi boğazlardan keçməyəcək”, nazir deyib.

Çavuşoğlu onu da bildirib ki, Ankara Ukraynada baş verənləri müharibə kimi qiymətləndirir və bunun nəticəsində Montrö Konvensiyasının müddəalarının icrasına nəzarət etmək niyyətindədir.

“Türkiyə Bosfor və Dardanel boğazlarını döyüş gəmilərinin keçməsi üçün bağlaya bilər, lakin bu vəziyyətdə belə Rusiya donanmasını bazaya qaytarmaq üçün onlardan istifadə etmək hüququna malik olacaq”.