Ukrayna Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqının tövsiyəsi var

262

Ukrayna ilə digər ölkələr arasında hava hərəkətinin dayandırılması ilə əlaqədar Ukrayna Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı tövsiyələrini bildirib.

“Seanews.az” xəbər verir ki, maksimum müqavilə müddəti bitmiş və geri qayıtmaq üzrə olan dənizçilərə ölkəyə qayıdış mümkün və təhlükəsiz olana qədər gəmidə qalmaları tövsiyə olunur. Şirkətlər zərurət yarandıqda dənizçilər üçün əmək müqavilələrini yeniləməyə təşviq edilir.

Əmək müqavilələrinin müddəti başa çatdıqdan sonra vətənə qayıtmaq istəyən dənizçilər üçün şirkət Ukrayna ilə qonşu olan dost ölkələrə (Moldova, Polşa, Macarıstan, Slovakiya, Rumıniyanın əsas hava limanlarına) aviabilet almalı, habelə Ukraynanın quru sərhədinə – keçid məntəqələrinədək yol xərclərini ödəməlidir. Bu halda şirkətlərə dənizçilərin əmək haqqının qalığını, istədikləri təqdirdə, gəmidən enməzdən əvvəl nağd şəkildə ödəmələri məsləhət görülür.