Pakistanın Dəniz Akademiyasının nümayəndə heyəti Bakı Limanına səfər edib

232

Bu gün Ölkəmizdə beynəlxalq təcrübə mübadiləsi səfərində olan Pakistan İslam Respublikasının Dəniz Akademiyasının rəhbər heyəti və dinləyiciləri Bakı Limanına səfər edib.

Qonaqlarla görüşən Bakı Limanının Liman əməliyyatları departamentinin müdiri Eugene Seah Şimal-Cənub, Şərq-Qərb nəqliyyat qovşaqlarının mərkəzində yerləşən limanın regional mərkəz rolu oynadığını, yükaşırma imkanları və üstün xidmətləri ilə bura cəlb edilən yüklərin həcminin mütəmadi olaraq artdığını vurğulayıb. Qeyd edilib ki, təkcə ötən bu liman vasitəsi ilə 5,6 milyon tondan çox yük aşırılıb ki, bunun da 92,7 % – lik hissəsi tranzit yüklərin payına düşür. Bu göstəricisi isə Bakı Limanının iştirak etdiyi Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinə olan marağın nəticəsidir.

Səfər çərçivəsində nümayəndə heyəti Bakı Limanının terminallarının fəaliyyəti ilə yaxından tanış olublar, nümayəndə heyəti Bakı Limanı ilə Pakistanda yerləşən Limanların və bu sahədə tədris verən qabaqcıl ali məktəblərin əlaqələrinin gücləndirilməsi üçün səylər göstərəcəklərini vurğulayıblar.