Birləşmiş Ştatlar 2022-ci ildə dünyanın ən iri maye qaz ixracatçısına çevriləcək

258

Keçən il maye qaz ixracatına görə  dünyada birinci yeri Avstraliya, ikinci yeri  Qətər tutub. ABŞ üçüncü yerdə qərarlaşıb. Amma 2022-ci ildə yerdəyişmə ehtimalı böyükdür. Birləşmiş Ştatlar dünyanın ən böyük maye qaz ixracatçısına çevrilə bilər.

“Seanews.az” xəbər verir ki bu barədə “Shell” konserninin maye qaz bazarının inkişafı üzrə illik proqnozunda deyilir.

“İstehsalda maye qaz tədarükünə təsir edən planlaşdırılmamış fasilələrə baxmayaraq, ötən il ixracın artımı ilə yadda qalıb. ABŞ il ərzində qaz tədarükünü 24 milyon ton artırıb və bu göstəriciyə görə dünya ölkələri arasında lider olub. Birləşmiş Ştatların 2022-ci ildə dünyanın ən iri maye qaz ixracatçısı olacağı gözlənilir”, – deyə məruzədə bildirilir.