Qara və Azov dənizlərində vəziyyətin gəmiçiliyə təsiri müzakirə ediləcək

297

Beynəlxalq Dəniz Təşkilatı (IMO) Şurasının fövqəladə sessiyası çağırılır.

“Seanews.az” xəbər verir ki, martın 10 və 11-də onlayn rejimdə keçiriləcək növbədənkənar sessiyada Qara və Azov dənizlərində vəziyyətin gəmiçiliyə və dənizçilərə təsiri müzakirə ediləcək.

Qeyd edək ki, Beynəlxalq Dəniz Təşkilatının Şurası 40 üzv dövlətdən ibarətdir.