Gələcəyin gəmi inşaatçıları BGZ-də təcrübə keçir

367

ADDA-nın “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasının IV kurs tələbələrinin diplomqabağı istehsalat təcrübəsi Bakı Gəmiqayırma Zavodunda uğurla davam edir

“Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasının tələbələrinə xüsusi təşkil olunmuş programın davamlı və keyfiyyətli tədrisin təmin edilməsi və istehsalatda yeni tələblərin yerinə yetirilməsi istiqamətində, ADDA-nın “Gəmiqayırma və gəmi təmiri” kafedrası ilə razılaşdırılan, Bakı Gəmiqayırma Zavodunda Təlim-Tədris Mərkəzi tərəfindən tərtib və dizayn olunan fəaliyyət planı əsasında təcrübə davam etdirilir.

Proqram əsasında tələbələr aşağıda qeyd olunan üstünlükləri əldə edəcəklər:

  • Ölkənin ən böyük və müasir Bakı Gəmiqayırma Zavodunda təcrübə keçmək;
  • Gəmiqayırma sahəsinə aid Spesifik və Xüsusi Planlaşdırılmış Təlimlərdə nəzəri və praktiki iştirak etmək;
  • Gəmiqayırma sahəsində mütəxəssisləşmiş, peşəkarlarla ünsiyyətdə olmaq və onlardan öyrənmək;
  • Sertifikat və həvəsləndirici hədiyyələr qazanmaq və ən əsası Tədris-istehsalat programını müvəffəqiyyətlə bitirən, öyrənməyə açıq, təşəbbüskar, yenilikçi, motivasiyalı və həvəsli tələbələr siyahıya alınacaq və gələcəyi üçün iş imkanı əldə edəcək.  

adda.edu.az