Bu şirkətlər işçi yığır: əmək haqqı 400-700-1000-1200-1500 manat – 15 VAKANSİYA

743

VAKANSİYA 1

Böyük mütəxəssis (Karyera mərkəzi)

 Son tarix 02 apr 2022 – [email protected]

Tələblər:

  • Ali təhsil; 
  • Layihələrin idarəolunması sahəsində nəzəri biliklər;
  • İnsan resurslarının idarəedilməsi üzrə ən azı 3 il təcrübə;
  • Analitik düşüncə tərzi;
  • Təşəbbüskarlıq, məsuliyyətlilik, dürüstlük, çeviklik, problem həlletmə, planlaşdırma, nəzarətedicilik,;
  • Azərbaycan dilini mükəmməl bilməlidir, ingilis və rus dillərində sənədlərlə işləmək bacarığı olmalıdır;
  • Komandada işləmə bacarığı;
  • Texniki və bilik bacarığı;
  • MS Office proqramlarını mükəmməl bilməlidir, xüsusilə, MS Word, MS Excel, MS Visio, MS Power Point;

Vəzifə öhdəlikləri:

  • Qurumdaxili layihələrin həyata keçirilməsinə nəzarət və köməklik etmək;
  • Karyera inkişafı planlamasının həyata keçirilməsi
  • Bütün daxili layihələr üzrə sənədləşmənin qeydiyyatının aparılmasına və
    arxivləşdirilməsinə köməklik etmək;
  • Qurum daxilində icra olunan layihələr üzrə aylıq statusların əldə olunması və rəhbər heyətə bu barədə məlumatın göndərilməsində köməklik etmək;.

Davranış səriştələri:

  • Analitik düşüncə qabiliyyəti
  • Detallara diqqət
  • Qərar vermə 
  • Yazı qabiliyyəti
  • Fikrini səlis şəkildə ifadə etmək

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə);
  • Əmək haqqı: 800AZN

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

VAKANSİYA 2

Rashmed

Anbardar (Təsərrüfatçı)

Son tarix 02 apr 2022 – [email protected]

Əmək funksiyaları:

  • Anbara daxil olan malların qeydiyyatının aparılması və müvafiq qaydada saxlanması.
  • Malların anbardan təhvil verilməsi və qeydiyyatının aparılması.
  • Təhvil verilən ehtiyat hissələrinin proqram təminatında müvafiq qaimələr üzrə silinməsi.
  • Anbar ehtiyatlarının sayımının aparılması.
  • Ofisin təsərrüfat işlərinin icrası.
  • Mürəkkəb olmayan təmir işlərinin icrası. (Avadanlıqların sökülməsi, çatışmayan hissələrin sifarişi, və s.)

İş qrafiki: 10-18, altı günlük iş həftəsi

Vəd edirik: Əmək müqaviləsi, əməkdaşlıq etdiyimiz klinikada həkim və laborator müayinə qiymətlərində müəyyən güzəştlər (ailə üzvləri daxil).

Tələblər:

  • Təhsil səviyyəsi: Yoxdur
  • Dil bilikləri: Yoxdur
  • Kompüter bilikləri: Word, Excel baza bilikləri, internetdən sərbəst istifadə bacarığı.
  • Arzu olunan xüsusiyyətlər: Təmir-quraşdırma işlərində təcrübə, Dürüstlük, Məsuliyyət, İşgüzar peşəkarlıq,
  • Təşəbbüskarlıq.

Əmək haqqı: 400 AZN.

VAKANSİYA 3

Lumegrand

Direktor asistenti

 Son tarix 02 apr 2022 – [email protected]

Əsas vəzifələr:

  • Rəhbərin tapşırığı əsasında işlərin yönləndirilməsi və icrasına nəzarət
  • Kargüzarlıq və ofis daxili işlər
  • Görüşlərin təşkili və tapşırığların icrası
  • Rəhbərin gündəliyinin tutulması, iclasların təşkili.
  • Email və telefon zənglərin cavablandırılması
  • Rəhbərliyin digər göstərişlərinin icrası

Tələblər:

  • Təhsil : Ali
  • Yaş : 23 – 35
  • Yalnız xanım namizədlər
  • Səliqəli xarici görünüş, nəzakətli danışıq , intizamlı və işinə qarşı məsuliyyətli olmalı
  • Azərbaycan, və Rus dilini səlis bilmək mütləqdir , ingilis dili arzuolunandır
  • Kompüter istifadə etmək bacarığı MS Office (Word, Excel, Outlook)
  • Təşkilatı bacarıqları, ünsiyyətcil və danışıq aparmaq bacarığı
  • Vəzifələrin icrası üçün çalışqan olmaq;
  • Tapşırıqları operativ qaydada idarəetmə bacarığı

İş şəraiti:

  • AR ƏM əsasən rəsmiləşdirmə
  • Əmək haqqı 600 AZN (start)
  • İş qrafiki: Bazar ertəsi – Cümə 09:00 – 18:00, şənbə 09:00 – 13:30
  • İş yeri: Bakıxanov qəs. (Əhmədi, Neftçilər və Bayıldan servis xidməti mövcuddur)

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Asistent” başlığı ilə elektron ünvanına göndərməkləri xahiş olunur.

VAKANSİYA 4

AzəriMed QSC

Kadrlar üzrə mütəxəssis

Son tarix 02 apr 2022 – [email protected]

Tələblər:

  • Yaş: 25-45;
  • Təhsil: Ali təhsil;
  • Təcrübə: Minimum 3 il;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl şəkildə bilməli;
  • Kadr kargüzarlığı haqqında yüksək səviyyədə biliyə malik olmalı;
  • MS Office proqramlarını və 1C proqramını yaxşı səviyyədə bilməli;
  • Səhiyyə portalından sərbəst istifadə etməyi bacarmalı.

Vəzifə öhdəlikləri:

  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə təlimatlarının hazırlanması, səhiyyə portalına daxil edilməsi;
  • İşə qəbul, xitam, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsi;
  • Əməkdaşların iş vaxtının uçotuna nəzarət etmək və tabellərin hazırlanmasının təmin edilməsi;
  • Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
  • Aylıq, rüblük, yarımillik kadr hesabatlarının aparılması, Səhiyyə Nazirliyinin təlabatına əsasən hesabatların hazırlanması.

İş şəraiti:

  • İş qrafiki: Tam iş günü
  • İş yeri : Nərimanov rayonu, Əhməd Rəcəbli 1/11
  • Əmək haqqı: 700-800 AZN (Gross)

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən mövzu hissəsində “Kadrlar üzrə mütəxəssis” qeyd edərək CV formasını elektron ünvanına göndərmələri xahiş olunur.

Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

VAKANSİYA 5

Sinteks Group of Companies

Xəzinədarlıq üzrə Aparıcı Mütəxəssis

 Son tarix 02 apr 2022 – [email protected]

Vəzifənin rolu:

Bu vəzifənin rolu nağd və nağdsız əməliyyatları həyata keçirmək və uçotunu aparmaqdır.

Vəzifə öhdəlikləri:

  • Pul vəsaitlərinin hərəkətini planlaşdırır və  icrasını həyata keçirir
  • Bank və nağd əməliyyatların həyata keçirir
  • Yerli və beynlxalq bank və nağd əməliyyatların uçotunu həyata keçirir
  • Pul vəsaitlərinin hərəkəti ilə bağlı banklarla üzləşmələri aparır
  • Şirkətin qısa müddətli kapital tələblərini müəyyən etmək
  • Maliyyələşdirmə prosesini aparır. 

Əsas tələblər: 

Təhsil:

  • İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarəedilməsi sahəsində ali təhsil
  • ACCA üzrə sertifikat arzuolunandır

Təcrübə:

  • Maliyyə və Mühasibatlıq sahəsində 5 ildən çox təcrübə
  • Müvafiq vəzifədə ən azı 3 il təcrübə

Professional biliklər:

  • Mühasibat proqramları
  • Rus və İngilis dilləri yaxşı səviyyədə
  • MS Office Proqramları

Professional bacarıqlar və kompetensiyalar: 

  • Liderlik 
  • Zamanın idarəolunması
  • Analitik düşüncə
  • Detallara diqqət
  • Ünsiyyət bacarıqları
  • Məsuliyyət 

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Xəzinədarlıq üzrə Aparıcı Mütəxəssis” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər

The role of the position:

The role of this position is to carry out and keep records of cash and non-cash transactions.

Job responsibilities:

  • Plan and execute cash flows
  • Carry out banking and cash operations
  • Keep records of local and international banking and cash transactions
  • Conduct comparisons with banks regarding cash flows
  • Identify the company’s short-term capital requirements
  • Carry out the financing process

Main requirements:

Education:

  • Higher education in Economics, Finance or Business Administration
  • ACCA certification is desirable

Experience

  • More than 5 years of experience in Finance and Accounting
  • At least 3 years of experience in the relevant position

Professional knowledge:

  • Accounting programs 
  • 1C Program
  • Russian and English are desirable 
  • MS Office programs

Professional skills and competencies:

  • Leadership
  • Time management
  • Analytical thinking
  • Detail oriented 
  • Communication skills
  • Responsibility

Interested candidates can send their CV’s by mentioning “Leading Treasury Specialist” in the subject line

VAKANSİYA 6

Azərbaycan Mikro Kredit BOKT

Kredit Mütəxəssisi (Şamaxı)

 Son tarix 02 apr 2022 – [email protected]

Bölgə: Şamaxı
İş Qrafiki: I-VI günlər.

Namizədə dair tələblər:

  • Ali və ya orta ixtisas təhsili;
  • Bank və Bank Olmayan Kredit Təşkilatlarında kredit satışlarında iş təcrübəsi ( lombard və lizing kreditləri üzrə təcrübəsi olanlara üstünlük verilir);
  • Mükəmməl ünsiyyət qabiliyyəti;
  • Analitik düşüncə tərzi;
  • Riyazi biliklər;
  • Problemli kreditlərin həlli istiqamətində iş təcrübəsi;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Kompüter bilikləri;

İşin təsviri:

  • Potensial müştərilərinin cəlbi edilməsi;
  • Kredit müraciətlərinin qəbulu və təhlil edilməsi;
  • Kredit əməliyyatlarının icra edilməsi;
  • Kredit portfelinə nəzarət və idarə edilməsi;
  • Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması;

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində “Kredit İşçisi (Şamaxı şəhəri)” qeyd etməklə göndərmələri xahiş olunur.

VAKANSİYA 7

Unimetal

Export satıcı

 Son tarix 02 apr 2022 – [email protected]

Əsas vəzifə və öhdəliklər:

  • Xarici bazarları araşdırmaq;
  • Qonşu ölkələrdə, xüsusilə Gürcüstanda potensial müştəriləri tapmaq;
  • Məhsullar üzrə xarici bazarı araşdırmaq və potensial müştəriləri tapıb satış etmək;
  • Sərgi və tədbirlərdən xəbərdar olub, onlarda iştirak etmək;
  • Dünya dəmir bazarında dəyişiklik və yeniliklərdən xəbərdar olmaq;
  • Export edən yerli şirkətləri araşdırmaq;
  • Export olunan malları araşdırmaq.

Namizədə olan tələblər:

  • Azərbaycan, rus və ingilis dilində sərbəst danışmaq və yazmaq
  • Dəqiq danışma və səbrlə dinləmə
  • Beynəlxalq dəmir standartlarını bilmək
  • Xarici tarif və ticarət qaydalarını bimək

İş şəraiti:

  • Əmək haqqı: 850+bonus
  • Nahar şirkət tərəfində verilir
  • İş vaxtı: 6 günlük iş həftəsi (şənbə- yarım gün).

VAKANSİYA 8

Kontakt Home

Merçendayzer

 Son tarix 02 apr 2022 – 

Vəzifə öhdəlikləri:

  • Rəhbərlik tərəfindən təyin edilmiş qaydalara riayət olunub-olunmadığının qiymətləndirilməsi üçün mağazaların yoxlanılması, o cümlədən məhsulların düzülüşü, təmizlik, qiymət kağızlarının vaxtında dəyişdirilməsinin yoxlanılması;
  • Yeni təyin olunan qayda və kampaniyalar haqqında mağaza personalının məlumatlı olub-olmadığını yoxlamaq üçün mağaza personalının sorğu-sual edilməsi;
  • Məhsulların düzülüşü haqqında mağaza personalına təlimlərin keçirilməsi.

Tələblər:

  • Müvafiq sahə üzrə iş təcrübəsi: 1 ildən;
  • Merçendayzinqin əsaslarını üzrə biliklər;
  • Digər (məsələn, paltar, ev əşyaları və sair qeyri qida məhsullarının satışı) sahələrdə merçendayzer kimi iş təcrübəsi arzu olunandır;
  • Tez öyrənmək və uyğunlaşmaq bacarığı;
  • İş ilə bağlı səyahət etmək imkanı.

İş şəraiti:

  • İş günləri: I-VI günlər;
  • Rəqabət qabiliyyətli əmək haqqı.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

VAKANSİYA 9

Irshad Electronics

Merçendayzer

 Son tarix 02 apr 2022 – [email protected]

Tələblər:

  • Təhsil – Ali və ya peşə təhsili (xarici təhsili olanlara üstünlük verilir)
  • Təcrübə – Pərakəndə ticarətdə Merçendayzinq sahəsində 1-3 il 
  • Dil biliyi – Azərbaycan səlis, Rus dili səlis (ingilis dili arzuolunandır)
  • Kompüter – Ofis proqramları (Excel əla səviyyədə), 1C

Vəzifə öhdəlikləri:

  • Məişət və elektronika məhsullarının saytda, mağazalarda və rəflərdə mövcudluğunu yoxlayır
  • Məhsulların yerləşdirilməsini, yerinin dəyişdirilməsini, qiymət asqılarının yenilənməsini təmin edir
  • Məhsulların mağaza daxilində nümayiş edilməsi və daxili reklamlar üzrə təkliflər verir
  • Satışa uyğun olaraq məhsulların distribyusiya həcmlərini və vaxtlarını həftəlik əsasda nəzarətdə saxlayır
  • Mağazalarda və rəflərdə olan zədələnmiş məhsulları aşkar edir və kənarlaşdırılmasını təmin edir
  • Satışa uyğun olaraq mağaza stokunu nəzarətdə saxlayır, təchizatını təşkil edir
  • Mənfəətli və yaxşı satılan məhsulları müəyyən edir, satışın optimallaşdırılması üçün təkliflər verir
  • Təhlil əsasında cəlbedici məhsullar üzrə promo təkliflər hazırlayır
  • Müştəri istəklərini öyrənir, distribyuterlərlə, təchizatçılar və mağazalar ilə kommunikasiyanı təmin edir
  • Tələb olunduqda rəhbərliyə hesabatlar təqdim edir  

Digər tələblər:

  • Lokasiyalara səyahət etmək imkanı
  • Yüksək təhlil bacarıqları
  • Təşəbbüskar
  • Ünsiyyətcil
  • Məsuliyyətli
  • Komandada işləmə bacarığı
  • Stresə davamlı
  • Şəxsi avtomobilin olması arzuolunandır

Əmək haqqı: 1200-1500 AZN.

VAKANSİYA 10

Company

İnsan Resursları üzrə Biznes Tərəfdaş

 Son tarix 02 apr 2022 – [email protected]

Tələblər:

  • Ali təhsil;
  • İnsan Resursları üzrə 5 ildən artıq iş təcrübəsi;
  • Yüksək səviyyədə Azərbaycan, İngilis dili və Rus dili biliyinə arzuolunandır ;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi biliyi:

Vəzifə öhdəlikləri:

  • Problemlərinin araşdırılması və sürətli həll edilməsi;
  • Xidmət etdiyi biznes strukturlarında əməkdaşların motivasiya siyasətlərinin işlənib hazırlanması, tətbiqi və karyera planlamasının təşkili;
  • Vəzifə, maaş və iş yeri dəyişikliyi və eləcə də mükafatlandırma prosesinin aparılması və hesabatlılığı;
  • Şirkətin əməkdaşların nizam-intizam pozuntuları ilə bağlı proseslərin araşdırılmasında, lazımi qərarların alınması və icrasında birbaşa iştirak edilməsi;
  • Xidmət etdiyi biznes strukturlarında iş yükü analizləri, işçi ehtiyyaclarının araşdırılmasının icrası.
  • Ümumilikdə işə qəbul (vakansiyalar üzrə namizədlərin tapılması, müsahibələrin aparılması, namizəd haqqında üst rəhbəri ilə birgə işə qəbul barədə qərar vermək) təşkil olunması;
  • Müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;
  • İşə qəbul hesabatlarının hazırlanması;
  • İşəgötürən-işçi münasibətlərinin tənzimlənməsində iştirak etmək, oriyentasiya və adaptasiyasının təşkili və müvafiq hesabatlılığın aparılması:

İş şəraiti:

  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
    Tibbi siğorta ilə təmin olunma;

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

VAKANSİYA 11

SƏBA

Mühasib

 Son tarix 16 mar 2022 – [email protected]

İş yeri-  Xırdalan şəhəri

Əmək haqqı-1000 ₼

Yaş həddi: 25 – 45 yaş.

Əmək məcəlləsinə uyğun sənədləşmə.

İş qrafiki: I-V günlər, 09:00-18:00.

Telefon 012 448 16 01

Namizədə Tələblər:

  • Ali təhsil (Maliyyə və ya mühasibatlıq üzrə)
  • Analoji sahə üzrə 3 il və ya daha çox iş təcrübəsi
  • Mühasibat müxabirləşmələri mükəmməl bilən
  • MS Office və 1C 8.3 proqramlarında mükəmməl işləmək bacarığı
  • Komandada işləmə bacarığı;
  • Analitik düşüncə qabiliyyəti
  • İşi planlamaq bacarığı
  • Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı

İş Haqqında Məlumat:

  • Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
  • Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək
  • Proqram üzrə mühasibat yazılışlarının verilməsi
  • Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
  • Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması
  • Elektron Verqi Hesab Faktura, Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi
  • Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması
  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
  • Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi
  • İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi
  • Anbar sayımında iştirak etmək.

CV-lərinizi elektron ünvanına, mövzu yerinə vakansiyanın adını yazmaqla göndərməniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlər seçilərək iş görüşmələrinə dəvət olunacaq.

CV-lərin təqdim edilməsi üçün son tarix 15.03.2022-ci il

VAKANSİYA 12

Ram Holding

Logistika üzrə assistent / mütəxəssis

 Son tarix 02 apr 2022 – [email protected]

Həftədə 5 gün, (08:30-17:30)

Əmək haqqı 1200-1300 (net)

Bakı, Binəqədi, Mədən küçəsi 4

Vəzifə öhdəlikləri:

  • Daşınmalı olan mal-materiallar ilə bağlı məlumatların toplanılması. 
  • Optimal marşrut xəttlərinin seçilməsi.
  • Seçilmiş marşrutlar üzrə qiymət təkliflərinin alınması və daşınma şərtlərinin razılaşdırılması.
  • Kontraktların hazırlanması.
  • Qeyd olunan şərtlərdən asılı olaraq daşınma sənədlərinin (paket) hazırlanması və ya satıcıya təlimat verilməsi (Invoice, Упаковочный лист, Накладные, Сертификаты происхождения, соответсвия и качества, MBL, CMR, HBL, AWB).
  • Son idxal prossesində istifadə olunacaq yük sənədlərini CMR-lə birlikdə qısa idxal bəyənaməsinin alınması üçün deklaranta təhvil verilməsi. 
  • Azərbaycan sərhədini kecdikdən sonra idxal üçün yük sənədləri toplusunu gömrük bəyənaməsinin açılması üçün deklaranta təqdim etməli. 
  • Yükün rəsmləşməsi prossesində gömrük işçisi ilə əlaqə saxlayaraq anbara təhvil veriməli olan sifariş siyahısını müəyyən edilməsi və anbardarları həmin sifarişlər barədə məlumatlandırılması. 
  • Daşınma hesab fakturaların 1C proqramında işlənilməsi
  • Nəqliyyat və ixrac prossesinin davamlı izlənilməsi.  
  • Hava, dəniz, dəmir yolu ilə daşımaların həyata keçirilməsi üzrə işlərin təşkili və idarə olunması.
  • Hesabtların şöbə rəhbərinə təqdim edilməsi.

Bizim üçün uyğun namizəd aşağıdakı tələblərə cavab verməlidir:

  • Ali təhsil (Biznesin idarə edilməsi, Təchizat Zənciri, Menecment və s.)
  • Beynəlxalq daşımalar sahəsində minimum 1 il təcrübə
  • Azərbaycan dilində səliq danışıq və yazı qabiliyyəti, ingilis və rus dilində B1-B2 səviyyəsində yazılı və şifahi ünsiyyət bacarıqları
  • MS Ofis proqramlarını (MS Word, Excel, Outlook) yüksək səviyyədə bilməli
  • INCOTERMS barədə anlayışı olmalı
  • 1 C proqramını bilməsi üstünlükdür
  • İşinə məsuliyyətli, dəqiq, çevik və operativ, yüksək koordinasiya bacarıqları olmalı
  • Yaş aralığı 25- 30

Yuxarıda qeyd olunan tələbləri qarşılayan namizədlərdən müraciət üçün öz yenilənmiş CV*lərini email adresinə mövzu hissəsində “Logistika üzrə assistent” qeyd etməklə göndərmələri tələb olunur.

Yalnız minimum tələbləri qarşılayan namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.

VAKANSİYA 13

Güvənli MMC

Lombard kreditləri üzrə mütəxəssis (Təcrübə proqramı)

 Son tarix 02 apr 2022 – [email protected]

İş haqqında məlumat:

  • Təşkilatın kredit məhsullarını təbliğ edir,müştəriləri cəlb edir,birbaşa marketinq və satış funksiyasını həyata keçirir;
  • Kredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə məlumat verir;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət edir;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək;
  • AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • İş qrafiki: 1-5-ci günlər saat 09:00-dan 17:00-dək.         

Tələblər:

  • Cins: Kişi namizədlər;
  • Şəhər:Bakı
  • Ali təhsil müəssisəsini yeni bitirməli;
  • Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • Satış bacarığına malik olmaq;

Təcrübə proqramını uğurla başa vuranlar təşkilatımızda işlə təmin olunacaqlar.

Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini elektron ünvanına “Təcrübəçi” başlığı ilə göndərə bilər.  

VAKANSİYA 14

Azerbaijan Fish Farm

Təftiş üzrə mütəxəssis (Audit)

 Son tarix 02 apr 2022 – [email protected]

Namizədə Tələblər:

  • Yaş 22-30;
  • Ali təhsil (Mühasibat uçotu və audit, maliyyə üzrə təhsil);
  • Minimum 1 il Audit, Daxili Nəzarət, Risklərin İdarəedilməsi, Maliyyə və Mühasibatlıq sahələri üzrə iş təcrübəsi;
  • CIA və ACCA üzrə peşə sertifikatlarının olması üstünlükdür;
  • MS office proqramlarını yüksək səviyyədə bilməli (xüsusilə Excel);
  • 1C 8.3 (ERP) proqramını bilməsi üstünlükdür;
  • Azərbaycan dili, İngilis dili mütləqdir, Rus dili arzuolunandır;
  • İstehsalat sahəsində təcrübə arzuolunandır;
  • Daxili Auditorlar İnstitutunun standartları (IIA), Beynəlxalq Maliyyə Hesabatları Standartlarının (IFRS) tətbiqi üzrə bilik və bacarıqlar;
  • Mülki, əmək və vergi qanunvericiliyi üzrə biliklər;
  • Vaxt idarəetmə bacarığı, güclü problem həll etmə və komanda da işləmək qabiliyyətləri.

Vəzifə üzrə öhdəliklər:

  • Müəssisənin sərbəst balansında olan bölmələrin təsərrüfat və maliyyə fəaliyyətinin sənədlərini qüvvədə olan təlimat və əsasnamələrə uyğun olaraq plan və xüsusi tapşırıq əsasında təftiş edir, vaxtında rəsmiləşdirir və lazımı tədbirlər görmək üçün onları təqdim edir;
  • Yoxlama zamanı aşkar edilmiş pozuntu hallarını və çatışmazlıqları aradan qaldırmaq, görülmüş işlərin nəzarət-yoxlamalarını keçirmək haqqında məlumat və təkliflər verir;
  • Müəssisənin bölmələrində sayım, üzləşmə, yoxlama və inventarizasiya aparılmasını təşkil edir;
  • Pul vəsaitlərinin və onların hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotunda vaxtında əks etdirilməsinı nəzarət edir;
  • Rəhbərlik tərəfindən tələb olunan digər tapşırıqlar.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
  • İş yeri: Bakı şəhəri, mütəmadi olaraq regionlara işgüzar səfərlər
  • Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır
  • Əlavə: Mobil telefon və korporativ nömrə

Qeyd: Regionlar üzrə ezamiyyətlərə getmə imkanının olması, nəqliyyat vasitəsinin olması (yanacaq şirkət tərəfindən qarşılanır) üstünlükdür.

Vakansiyaya müraciət üçün CV-ləri “Təftiş üzrə mütəxəssis” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur. 

VAKANSİYA 15

OBA marketlər şəbəkəsi

Daşınmaz əmlak agenti (Bakı, Şəki-Qax, Qəbələ-İsmayıllı)

 Son tarix 02 apr 2022 – [email protected]

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil
  • Kompüter bilikləri: MS Office
  • Müvafiq və ya bənzər sahədə minimum 1 il iş təcrübəsi
  • Şəhər və şəhər ətrafı əraziləri yaxşı tanımaq
  • Şəxsi avtomobil olması mütləqdir

Vəzifə öhdəlikləri:

  • Yeni obyektlərin tapılması
  • Obyektlərin konseptə uyğun seçilməsinə nəzarət
  • Obyektlərin düzgün seçilməsi

Əlavə təminatlar:

  • Nahar xərci
  • Korporativ nömrə
  • Yanacaq xərci

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00
  • Şənbə və Bazar istirahət günü.

Plan üzrə gəziləcək və obyekt axtarılacaq ərazilər:

  1. Bakı (plan üzrə gəziləcək: Bakı, Abşeron və ətrafı)
  2. Şəki-Qax (plan üzrə gəziləcək: Zaqatala, Şəki, Balakən, Qax, Mingəçevir, Yevlax)
  3. Qəbələ-İsmayıllı (plan üzrə gəziləcək: Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Ağdaş, Kürdəmir)

Əmək haqqı: 700 AZN (bonuslar, yanacaq xərci, nahar ödənişi).

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Daşınmaz əmlak agenti” yazaraq göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

fed.az