ASCO kollektivinə ağır itki baş verib

667

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “Nerça” gəmisinin elektrik mexaniki Anar Əhmədov vəfat edib.

Anar Əhmədov 31 oktyabr 1979-cu ildə İsmayıllı rayonunda anadan olub. 2000-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasını “Gəmi elektrik avadanlığı və avtomatikası ixtisası” üzrə bitirib.

Əmək fəaliyyətinə 2002-ci ildə Dəniz Nəqliyyatı Donanmasında elektrik kimi başlayıb. Daha sonra fəaliyyətini Xəzər Dəniz Neft Donanmasında (XDND) davam etdirib. O, XDND-nin müxtəlif gəmilərində 2-ci elektrik mexaniki, böyük elektrik mexaniki kimi çalışıb.

ASCO-da fəaliyyəti yaşadığı ömrü kimi qısa olsa da, Anar Əhmədov həmkarları arasında işgüzarlığı və bacarığı ilə yadda qala bilib. Onun əziz xatirəsi dənizçi yoldaşlarının qəlbində daim yaşayacaq.

ASCO rəhbərliyi və kollektivi adından Anar Əhmədovun vəfatından kədərləndiyimizi bildirir, yaxınlarına başsağlığı veririk.

Allah rəhmət eləsin!