“A.P. Moller-Maersk” 2025-ci ilin sonuna qədər hər il ən azı 730 min ton yaşıl metanol almaq niyyəti ilə Çinin “CIMC ENRIC” və “Green Technology Bank”, Danimarkanın “European Energy”, “Orsted”, İsveçrənin “Proman” və ABŞ-ın “WasteFuel” şirkətləri ilə strateji tərəfdaşlıq edir.
“Seanews.az” xəbər verir ki, 2024-cü ildən yaşıl metanolla işləyəcək 12 böyük okean gəmisinin suya buraxılması ilə “A.P. Moller-Maersk” öz donanmasının karbonsuzlaşdırılmasını sürətləndirmək niyyətindədir.
“Dekarbonizasiyaya keçmək üçün bizə daha təmiz yanacaqların istehsalını vaxtında əhəmiyyətli dərəcədə artırmaq lazımdır. İstehsal dünya miqyasında əməkdaşlıq yolu ilə artırılmalıdır”, – deyə şirkətin press-relizində bildirilir.
Biometanol və metanol istehsalı tam işə salındıqdan sonra “Maersk” Çin və Amerika qitəsi də daxil olmaqla dünyanın bir neçə regionunda geniş miqyasda yaşıl metanol əldə edə biləcək.