ABŞ Rusiya və Ukraynadan olan dənizçiləri sahilə buraxmaqdan imtina edib

289

Ukraynada hərbi əməliyyatlar başladıqdan sonra etibarlı ABŞ vizası olan Rusiya və Ukrayna gəmilərinin heyət üzvlərinin bəzi ABŞ limanlarına girişi dayandırılıb.

“Seanews.az” xəbər verir ki, bu barədə Amerika Gəmiçilik Palatasının rəhbəri Keti Metkalf “The Wall Street Journal”-a məlumat verib. Metkalfın fikrincə, buna səbəb dənizçilərin ABŞ-da qalacağı və evə uçmayacağı qorxusudur.

Nəşrin mənbələrindən birinin məlumatına görə, Rusiya və Ukrayna gəmilərindən olan bir neçə nəfər artıq Ukraynadakı hərbi əməliyyatlarla əlaqədar humanitar müdafiə tələbi ilə ABŞ hökumətinə müraciət edib. Ticarət gəmiləri üçün heyət vizası adətən sahiblərinə ABŞ-da bir müddət vaxt keçirməyə icazə verir, lakin dənizçilərin ölkədə daha çox qalmaq istəməsi şübhəsi varsa, səlahiyyətlilər gəmidən enməyə icazə verməyə bilərlər.