Övladı şəhidlik zirvəsinə ucalan ASCO əməkdaşları və veteran dənizçilər ziyarət olunublar

297

Novruz bayramı ərəfəsində  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) nümayəndələri Vətən müharibəsində övladı şəhidlik zirvəsinə ucalan əməkdaşları və aztəminantlı veteran dənizçiləri  ziyarət ediblər.

ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin əməkdaşları ziyarət zamanı həm şəhid ailələrinin, həm də veteran dənizçilərin gündəlik qayğıları ilə də maraqlanıblar. Həmçinin, onlara ASCO ailəsi adından zəruri bayram ərzaqlarından ibarət sovqat təqdim ediblər.

Görüşlərdə iştirak edənlər xalqımızı Novruz bayramı münasibətilə təbrik edib, göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, həssas təbəqədən olan şəxslər ASCO-da daim diqqət mərkəzində saxlayır. Şirkət Korporativ Sosial Məsuliyyəti çərçivəsində bu kateqoriyadan olanlara yönəlik mütəmadi olaraq müxtəlif tədbirlər və layihələr həyata keçirir.

asco.az