Qara Dənizdə üç gəmi Rusiya tərəfindən vurulub, biri batıb

395

Ukrayna-Rusiya müharibəsinin başlanmasından bəri Qara Dənizdə üç gəmi Rusiya tərəfindən vurulub.

E-huquq.az Reuters xəbər agentliyinə istinadən xəbər verir ki, Panama Dəniz Administrasiyasından verilən məlumata görə, müharibə başlayandan bəri Qara dənizdə Panama bayrağı altında üzən “Namura Queen”, “Lord Nelson” və “Helt” adlı üç gəmi Rusiya raketləri tərəfindən vurulub və bir gəmi batıb. Lakin itkilərin olması barədə hər hansı məlumatın olmadığı da qeyd edilib: “Biz bilirik ki, Rusiya raketlərinin hücumuna məruz qalmış üç gəmimiz var, bununla belə bütün ekipajın həyat təhlükəsi ilə yanaşı maddi ziyanımız var”- , deyə Panama Dəniz Administrasiyasının (PDA) administratoru Noriel Arauz bildirib.

10 gəminin isə hələ də Qara dənizdə olduğunu bildirən N.Arauz Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərin ərazini tərk etməsinə məhdudiyyət qoyduğunu bildirib.