Süveyş kanalının administrasiyası tranzit yığımlarını yenidən qaldırır

297

Süveyş kanalı ilə xam neft və neft məhsulları daşıyan tankerlər üçün tranzit yığımları mayın 1-dən etibarən müvəqqəti olaraq qaldırılır.

Seanew.as  xəbər verir ki, yüklənmiş tankerlər üçün tranzit yığımı 15 %-ə qədər artırılacaq. Ballastda hərəkət edən gəmilər üçün bu göstərici 5 % olaraq qalacaq. Bu əlavə yığımlar kanal vasitəsi ilə hər iki istiqamətdə olan hərəkət üçün təyin edilib. Artım digər yüklərin daşıyıcılarına da şamil ediləcək. Kimyəvi məhsullar daşıyan tankerlər, LPG qaz daşıyıcıları və digər bu tip yükləri daşıyan gəmilər üçün tranzit yığımı 10%-dən 20%-ə qədər artacaq. Balkerlər Süveyş kanalından keçərkən əvvəlki kimi 5% yox 10% ödəməli olacaq. Digər tip gəmilər üçün artım 7%-dən 14%-ə qədər dəyişib.

Kanal rəhbərliyi bu artımı dünya ticarətində baş verən canlanma ilə əlaqələndirir. Bu artımın müvəqqəti olacağı və bazar qiymətlərindən asılı olaraq dəyişə biləcəyi də qeyd edilir.