“Total” Rusiyada fəaliyyətini tədricən dayandıracaq

318

Fransanın “Total Energies” neft-qaz şirkəti Rusiyadakı fəaliyyətini tədricən, Rusiya layihələrinə, o cümlədən “Arctic LNG 2” layihələrinə investisiyaların dayandıracağını elan edib.

“Report” xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.

“TotalEnergies Rusiya ilə bağlı fəaliyyətini idarə etmək üçün aydın fəaliyyət prinsiplərini müəyyən etdi: Rusiyadakı aktivlərinin idarə edilməsi üçün nəticələrindən asılı olmayaraq, cari və gələcək Avropa sanksiyalarına ciddi riayət olunmasını təmin etmək və personalının təhlükəsizliyinə hörmət edərək Rusiyadakı fəaliyyətini tədricən dayandırmağa təşəbbüs göstərmək”, – kommünikedə deyilir.

Şirkət Ukrayna xalqı üçün faciəvi nəticələrə gətirib çıxaran və Avropada sülhü təhdid edən Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü qətiyyətlə pisləyir.