BAKI LİMANINDA VAKANSİYA!

595

3-cü Dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru

3-cü Dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyorunun profilinə aşağıdakılar daxildir:

KVALİFİKASİYA TƏLƏBLƏRİ:

·         Orta təhsil (Energetika sahəsində ali təhsil arzu olunandır);

·         Elektrik sahəsində 3 il  iş təcrübəsi (0.4 kV gərginlikdə elektrik montaj işləri);

·         Müvafiq sertifikat (diplom)

BİLMƏLİDİR:

·         Elektrotexnika və energetika biliyi;

·         Elektrik qurğularının quraşdırılması qaydalarını;

·         Elektrik qurğularında tətbiq olunan kollektiv və fərdi mühafizə vasitələrindən istifadə və onların sınaq qaydalarını;

·         0.4 kV elektrik təchizat sxemini və qidalanmasını;

·         Elektrik qurğu və avadanlıqların tipini, şərti işarələrini və təyinatını;

·         Elektrik naqillərinin lehimlənməsi və dəyişdirilməsi üsullarını;

·         Güc transformatorlarının, hava və kabel xətlərinin, açarların və s. texniki parametrlərini;

DAVRANIŞ BACARIQLARI:

·         Operativlik;

·         Diqqətlilik

·         Ünsiyyət;

·         Problem həll etmə bacarığı;

ƏSAS VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

·         10/0.4 Y/S-ların 0.4 kV tərəfində olan elektrik avadanlıqlarının TİQ-larının tələblərinə uyğun şəkildə istismarına nəzarət etmək;

·         0,4 kV-a qədər elektrik qurğu və avadanlıqlarını, elektrik maşın və aparatlarını yığmaq, quraşdırmaq və orta təmirini icra etmək;

·         Y/S və Limanın bütün elektrik tələbatçılarının işıqlanmasını, həmçinin inzibatı binalarda elektrik avadanlıqlarında yarana biləcək qüsurların aradan qaldırılmasını həyata keçirmək;

·         Bütün elektrik təchizatı və elektrik avadanlıqlarının montajı, demontajı, avadanlıqların quraşdırılması kimi işlərdə birbaşa iştirak etmək;

·         Ərazinin işıqlanması problemlərinin aradan qaldırılmasını təmin etmək;

·         Elektrik avadanlıqlarına nəzarət etmək və yaranmış nasazlıqları aradan qaldırmaq;

·         İşıqlandırıcı armaturların sazlanması, onlara xidmət edilməsi, lümunisetli və başqa tipli lampaların qoyulması işlərini yerinə yetirmək

Vakansiyanın tələblərinə cavab verən namizədlər öz CV–lərini 06.04.2022-ci il tarixinədək hr@portofbaku.com elektron ünvanına başlıqda “3-cü Dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru” qeyd edərək göndərə bilərlər.

portofbaku.com