Şanxayda dünyanın ən böyük limanının fəaliyyəti iflic vəziyyətinə düşüb

282

COVID-19-un yayılması ilə əlaqədar yerli hakimiyyət orqanları tərəfindən tətbiq edilən kütləvi qapanma səbəbindən onlarla konteyner gəmisi dünyanın ən böyük Şanxay limanına daxil ola bilmir.

Trend xəbər verir ki, liman qismən bağlanıb. Bu artıq ciddi problemlər yaradıb. Liman tam potensialının üçdə bir gücündə işləyir. Logistika operatorları yükləri alternativ məntəqələrə yönləndirirlər.

Bu isə daşınma xərclərinin artmasına səbəb olur. Karantin səbəbindən həmçinin Çin hava logistika mərkəzi sayılan Pudong hava limanı qapanıb.

Karantin aprelin 5-dək davam edəcək.