Londonda rus iş adamına məxsus yaxta müsadirə olunub

305

Londonda rus iş adamına məxsus olduğu bildirilən yaxta müsadirə olunub.

AZƏRTAC xəbər verir ki, Londonun şərqindəki Kanari Varf limanında adı gizli saxlanılan oliqarxa aid 58,5 metr uzunluğundakı “Phi” superyaxtası Nəqliyyat Nazirliyi tərəfindən müsadirə edilib.

Üzgüçülük hovuzu və böyük şərab zirzəmisi olan yaxtanın təxminən 38 milyon funt sterlinq dəyərində olduğu qeyd olunub.

Bu, Britaniyanın müsadirə etdiyi ilk yaxtadır.

Qeyd edək ki, bundan əvvəl İtaliya hökuməti rusiyalı oliqarx Aleksey Mordaşova məxsus “Lady M” yaxtasını, Andrey Melniçenkoya məxsus yaxtanı, Fransa hökuməti isə rusiyalı oliqarx İqor Seçinin 86 metr uzunluğundakı “Amore Vero” yaxtasını müsadirə etdiklərini açıqlamışdı.