75 illik yubileyini qeyd edən qocaman dənizçi Kamil Məmmədov ziyarət olunub

273

 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Sosial inkişaf və nəqliyyat departamentinin və Dəniz Nəqliyyatı Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları 75 illik yubileyini qeyd edən təcrübəli dənizçi Kamil Məmmədovu evində ziyarət ediblər. Həmkarları ona ASCO ailəsinin xoş sözlərini çatdırıb, cansağlığı, uzun ömür arzulayıblar.

Görüşdə həyatının böyük hissəsini dənizçiliyə həsr etmiş Kamil Məmmədovun xidmətləri xatırlanıb, onun məhsuldar fəaliyyətinin gənc nəslə örnək olduğu bildirilib. Bundan başqa, çox sayda dənizçinin taleyində önəmli rol oynamış peşəkar dənizçilər də yada salınıb.

Kamil Məmmədov həmkarlarının qədirbilənliyinin ona yüksək əhval gətirdiyini söyləyib və yaşlı dənizçilərin evində ziyarət olunması ənənəsinin xoş olduğunu  deyib. 

Xatırladaq ki, Kamil Məmmədov 1947-ci ildə Maştağada anadan olub. Əmək fəaliyyətinə 1963-ci ildə matros kimi başlayıb. Gərgin əməyi və zəhməti sayəsində krançı, mexanik, kapitan vəzifəsinədək yüksəlməyi bacarıb.