Klaypeda dəniz limanındakı qalaq yük terminalı ixtisara başlayıb

226

Litvanın Klaypeda dövlət dəniz limanındakı qalaq yük terminalı Aİ-nin Belarusa qarşı sanksiyaları səbəbindən sifarişlərin əhəmiyyətli hissəsini itirdiyi üçün işçilərini kütləvi şəkildə ixtisar edir.

“Seanews.az” xəbər verir ki, bu barədə çərşənbə günü Litvanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti məlumat yayıb.

İşlərin həcminin kəskin azalması ilə əlaqədar 136 nəfərin işdən azad edilməli olması faktı barədə terminalın rəhbərliyi hələ martın əvvəlində məlumat veribmiş.

İşini itirənlər arasında yükləyicilər, krançılar, elektriklər, təmir işçiləri, ustalar, briqadirlər, idarə əməkdaşları da var.

Müəssisə həmçinin məşğulluq xidmətinə ixtisarların yeni dalğası barədə xəbərdarlıq edib. Mayın sonuna kimi daha 80 limançının işini itirmək ehtimalı böyükdür.