ADDA tələbə qəbulu üçün plan yerlərini açıqlayıb

588

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası 2022/2023-cü tədris ili üçün tələbə qəbulu elan edir. Nazirlər Kabinetinin təsdiq etdiyi qəbul planına əsasən,

bu il ADDA-ya ümumilikdə 200 tələbə daxil ola bilər. Ali təhsil müəssisəsinin “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasında Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində də tədris nəzərdə tutulub.

“Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisası Azərbaycan və ingilis, “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” və “Elektrik və elektronika mühəndisliyi” ixtisası isə yalnız Azərbaycan dilində tədris olunacaq. Nəzərdə tutulan plan yerlərini təqdim edirik:   

Xatırladaq ki, ötən il Azərbaycan dilində tədris olunan ixtisaslar üzrə plan yerləri tam dolmuşdu. 2021-ci ildə qəbuldan sonra formalaşan keçid ballarını diqqətinizə çatdırırıq: 

Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən 1-ci qrup imtahanlarının nəticələrinə əsasən aparılır. Belə ki, abituriyent topladığı bala uyğun olaraq ADDA ixtisaslarını seçə bilər.

Akademiyaya qəbul olmaq üçün əlavə heç bir qabiliyyət imtahanı nəzərdə tutulmur.

Bu il də, keçən il olduğu kimi, imtahandan öncə sağlamlıq haqqında arayış təqdim etməyə ehtiyac olmayacaq. Yalnız tələbə adını qazananlar Akademiyaya yaşadıqları ərazi üzrə poliklinikadan müvafiq sağlamlıq arayışı gətirəcəklər.

Akademiyanın tələbəsi adını qazanan və rayon qeydiyyatında olan tələbələr ehtiyacı olduğu halda yataqxanaya yerləşdirilməsi üçün dekana ərizə ilə müraciət edə bilər. Yataqxana ADDA tələbələri üçün güzəştli ödənişlə təklif olunacaq.

Akademiyanın tələbələri oxuduqları müddətdə pulsuz dərs vəsaitləri, geyim forması və gündə 2 dəfə isti yeməklə təmin ediləcək.

Qəbul imtahanının nəticələrinə əsasən yüksək balla qəbul olan və oxuduqları müddətdə imtahan sessiyasını “əlaçı” kimi başa vuran tələbələrə müvafiq təqaüdlə yanaşı ASCO-nun əlavə təqaüdü də verilir. 

asco.az