Rusiya ilə əlaqəli gəmilərə ABŞ limanlarına daxil olmaq qadağan edilir

241

Rusiya ilə əlaqəli gəmilərə ABŞ limanlarına daxil olmaq qadağan edilir.

Trend xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

O elan edib ki, Avropada olduğu kimi, ABŞ-da da Rusiya ilə bağlı gəmilərin limanlara girişi qadağan olunur.

“Bu, o deməkdir ki, Rusiya bayrağı altında üzən və ya Rusiya ilə bağlı hər hansı şirkətdən qeydiyyatdan keçən gəmi bizim limanlarımıza və sahillərimizə daxil ola bilməyəcək. Heç bir rus gəmisi”, – deyə o vurğulayıb.