İran 350 min litr yanacaq daşıyan 2 gəmini saxlayıb

244

İran Körfəzində yanacaq qaçaqmalçılığında şübhəli bilinən xarici ölkələrə məxsus iki gəmi saxlanılıb.

Gundem.az  xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) Hərbi dəniz qüvvələrinin ikinci bölgə üzrə bölməsinin sözçüsü Qulamhüseyn Hüseyni deyib.

O bildirib ki, Körfəzin şimalında 200 min litr yanacaq daşıyan gəmi və gəminin 8 heyət üzvü saxlanılıb.

Daha bir gəmi isə 150 min litr yanacaqla saxlanılıb. Bu gəmi yanacağı qonşu ölkələrdən biri üçün daşıyırmış.

Gəmilərin tam olaraq hansı ölkəyə məxsus olduğu haqda məlumat verilməyib.