“Bakı Limanıda əməliyyatlar olduqca operativdir” – Yunanıstanın səfiri cənab Nikolaos Piperiqkos Bakı Limanına səfəri zamanı qeyd edib.

337

Bu gün Yunanıstanın Azərbaycandakı səfiri cənab Nikolaos Piperiqkos Bakı Limanına səfər edib və limanın rəhbərliyi ilə görüşüb.

Bakı Limanın Baş direktor, Taleh Ziyadov səfiri salamlayaraq, limanın tranzit imkanlarının maksimuma çatdırılması və Azərbaycanın 1000 km radiusunda 130 milyon insana xidmət göstərəcək əsas ticarət və logistika mərkəzinə çevrilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər və planlar barədə danışıb.

Səfir Piperiqkos vurğuladı ki, limanın əməliyyatları və xidmətləri olduqca operativdir və Səfirlik Bakı Limanı ilə Yunanıstanda yerləşən limanlar arasında əməkdaşlığn yaradılmasına təkan verəcək fəaliyyətlərə dəstək olacaq.Görüşdən sonra qonaq limanın terminallarına səfər edib.

portofbaku.com