ASCO Transxəzər marşrutu ilə ilk dəfə Hövsan limanına yük çatdırıb

323

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu xətt ilə ilk dəfə Hövsan limanına yük çatdırıb.

Bu barədə “Report”a ASCO-dan məlumat verilib.

Məlumata görə, yük ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus “Maestro Niyazi” quru yük gəmisi ilə daşınıb, Qazaxıstanın Aktau limanından gələn gəmidə 140 ədəd 20 futluq TEU konteyner olub.

Hazırda Hövsan limanının 6-cı körpüsündə konteynerlər boşaldılır.