Bu şirkətlər işçi yığır: əmək haqqı 500-800-1000-1500 manat – 16 VAKANSİYA

424

VAKANSİYA 1

Karvan – L

Satış meneceri

Son tarix 29 may 2022 – [email protected]

Öhdəliklər:

  • Daxili və xarici partnyorlar ilə əlaqələrin qurulması
  • Müştərilərin vaxtında və planlı şəkildə ziyarət edilməsi
  • Keçirilən aksiya haqqında müştərilərin məlumatlandırılması
  • Müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
  • Müştəri borclarının izlənməsi
  • Mövcud müştərilərlə əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi
  • Yeni müştərilərlə yeni əməkdaşlıqların təməlinin qoyulması
  • Müştərilərə yüksək səviyyəli xidmət göstərməli, onlara məhsul seçimi üçün optimal şərait yaratmalı, məhsullar üzrə məsləhətlər verməli və alış üçün seçim variantları təklif etməli
  • Aylıq tərtib olunmuş plana uyğun həcmdə malları satmalı, qoyulan planı icra etməli
  • Həyata keçiriləcək işlərin planının verilməsi
  • Biznes düşüncəsi olmalı və marketinq strategiyası qurmağı bacarmalı
  • Kreativ marketinq layihələri üzrə təcrübəli olmalı (Portfolio arzuolunandır)
  • Bütün marketinq kommunikasiya vasitələri ilə iş təcrübəsi (Tv, Radio, çöl reklamları, influencer marketinq, rəqəmsal reklam vəs)
  • Potensial müştərilərin axtarışı
  • Satış planının işlənib hazırlanması və onun icrasına nəzarət
  • Müxtəlif tanıtım tədbirlərinin – təqdimatların, sərgilərin və s. təşkili, keçirilməsi və iştirak
  • İnternet marketinqi üçün layihənin idarə edilməsi (veb-saytlar, şəbəkə PR, məlumat lövhələrində, axtarış portallarında və s.)

Namizədə tələblər:

  • İstehsalat sahəsində əmək təcrübəsi mütləqdir
  • Azərbaycan, Rus dillərini yüksək səviyyədə bilmək (İngilis dili arzu olunandir)
  • Satış sahəsi üzrə sistemləri və proqramları bilməli
  • Bazarın araşdırılması aparmaq və satış strategiyasına uyğun hədəflər əldə etmək
  • Şirkətin ümumi siyasətlərinə uyğun olaraq satışı həyata keçirmək üçün bütün plan və proqramların həyata keçirilməsi, təhlili və hesabatlarının təqdim edilməsi
  • Ofis proqramları ilə işlətmə bacarığı
  • Səlis və işgüzar danışıq bacarığına malik olmaq
  • Yüksək ünsiyyət qurma bacarığına malik olmaq
  • Gülərüz və özünə qarşı tələbkar olmaq
  • Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyətinə malik olmaq
  • Məsuliyyətli, səliqəli, operativ, dəqiqlik
  • Gərgin şəraitdə işləmə qabiliyyətli

İş barədə məlumat:

  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
  • Ali təhsil; İqtisadiyyat və menecment sahəsi üzrə olmalı
  • Müvafiq sahə üzrə 5 il təcrübə;

İş vaxtı: I-VI günlər, 09:00-18:00, şənbə günü qısa iş günü

Əmək məcəlləsinə uyğun rəsmiləşdirilmə
Korporativ nömrə və nahar şirkət hesabına
Ə/H 500 + satışdan %

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər elektron ünvana CV göndərə bilərlər: 

VAKANSİYA 2

Optimal Electronics

Mağaza müdiri (Ağdam)

Son tarix 29 may 2022 – Müraciət

Tələblər:

  • Mağazanın idarə ediləsi sahəsində azı 3 il iş təcrübəsi;
  • Komandanın idarə edilməsi təcrübəsi;
  • Satış sahəsinə dair nəzəri və praktik biliklər;
  • Satışın Planlanması və Planın icrasına dair təcrübə;
  • Azərbaycan və rus dillərini səlis bilməli.

Əsas vəzifələr:

  • Mağazanın daxilində pozitiv komanda ruhunun yaradılması;
  • Satışın effektiv həyata keçirilməsi;
  • Mağaza işçilərinin davamiyyətinin izlənilməsi;
  • İşçilərə iş yerində təlimlərin keçirilməsi;
  • Şirkət tərəfindən təyin olunan mağaza satış hədəflərinin müəyyənləşdirilməsində fəal iştirak edir.
  • Mağaza satış hədəflərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin edir;
  • Mağaza satışlarının artırılması məqsədilə müxtəlif proqram və layihələr hazırlayır, onları müzakirə üçün departamentə təqdim edir.
  • Müstəqil bazar araşdırmaları aparır, rəqiblər barədə məlumatlar toplayır, onları müvafiq struktur vahidlərinə göndərir;
  • Şirkətin müvafiq departamentlərinə hesabatların verilməsi;
  • Mağazanın işçi heyətinin effektiv idarə edilməsi;

Biz Sizə təklif edirik:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Həftədə 6 iş günü, 1 gün istirahət
  • Əmək haqqı: 600-1500 AZN (Namizədin bilik və bacarıqlarına uğun olaraq,  razılaşma əsasında).

Müraciət etmək üçün aşağıdakı linkə müraciət edə bilərsiniz.

VAKANSİYA 3

Global Management

Redaktor

Son tarix 29 may 2022 – [email protected]

İş barədə məlumat:

  • Nəşrlərin yüksək elmi və ədəbi səviyyəsini təmin etmək məqsədilə redaksiya və nəşriyyat şöbəsi tərəfindən verilmiş elmi və metodiki ədəbiyyatın, məlumatların və normativ materialların redaktəsini həyata keçirir
  • Əlyazmalara və onların icmallarına baxır.
  • AR Əmək məcəlləsinə uyğun rəsmiləşmə
  • İş qrafiki 09:00 – 18:00. 18:00 – 02:00 Caliber.az teleqram səhifəsinə nəzarət.
  • Əmək haqqı: 800-1000 azn

Namizədə tələblər:

  • Ali təhsil
  • Cəld
  • Məsuliyyətli
  • Kollektivdə işləmə bacarığı
  • Jurnalistika sahəsində 3-5 il iş təcrübəsi

Maraqlanan namizədlər mövzu hissəsində “Redaktor” qeyd edərək CV formasını elektron ünvanına göndərə bilər.

VAKANSİYA 4

Karvan – L

Hüquqşünas

Son tarix 29 may 2022 – [email protected]

İş barədə məlumat:

  • Rus və Azərbaycan dilində müqavilələrin hazırlanması
  • Hüquqi sənədlərin tərtib edilməsi
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması
  • AR-nın mülki və inzibati prosessual qanunvericiliyi üzrə biliklər
  • Qarşı tərəfin təqdim etdiyi müqavilələrin qanunvericiliyə və Cəmiyyətin maraqlarına uyğunluğunun yoxlanması
  • Müqavilələrin hazırlanması işinin təşkilində iştirak və bununla bağlı birbaşa rəhbərin tapşırıqlarının yerinə yetirilməsi
  • Məhkəmə prsoseslərində cəmiyyəti təmsil etmək
  • İddia ərizələrinin və digər hüquqi sənədlərin hazırlanması

İş şəraiti:

  • 5 günlük iş həftəsi
  • Əmək haqqı: 800-1000 azn
  • İş təcrübəsi : minimum 2 il (hüquq sahəsində)
  • AR-nın mülki və inzibati prosessual qanunvericiliyi üzrə biliklər
  • Azərbaycan və rus dili sərbəst, ingilis dili bilməsi üstünlükdür
  • Microsoft Office proqramlarından sərbəst istifadə qabiliyyəti
  • Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
  • Məsuliyyət, işdə dəqiqlik
  • AR üzrə sənədləşmə
  • Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində “Hüquqşunas” qeyd etməyiniz xahiş olunur.

Son tarix 30 may 2022-ci il

VAKANSİYA 5

PARLA Pharmaceuticals

Tibbi nümayəndə

Son tarix 16 may 2022 – [email protected]

 Vəzifə:

  • Şirkət məhsullarını təqdim etmək
  • Endokrinoloji və kardioloji portfel üzrə tibb müəssisələrinə baş çəkmək
  • Bazar təhlili aparmaq
  • Satış dinamikasını izləmək
  • Fəaliyyət planı tərtib  edərək həyata keçirmək və elektron sistemdə qeydiyyat aparmaq
  • Maarifləndirici tədbirlər, sosial layihələr həyata keçirmək

Namizədə tələblər:

  • Ali tibbi və ya əczaçılıq təhsili
  • İş təcrübəsi: əczaçılıq biznesində satış sistemində ən azı 3 il
  • Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı olan;
  • Analitik düşünmə qabiliyyəti;
  • Microsoft Office proqramların biliyi (World, Excel, Power Point);
  • Azərbaycan dili əla, İngilis və Rus dilləri arzuolunandır;
  • Sürücülük vəsiqəsi – B kateqoriyası.

İş şəraiti:

  • I-V günlər, 8 saatlıq iş rejimi
  • Şirkət daxil təlim və inkişaf imkanları
  • Şirkət avtomobili
  • Mobil xərclərin qarşılanması
  • Sınaq müddətindən sonra könüllü tibbi sığorta.

CV-lərinizi məktubun mövzu hissəsində “Tibbi nümayəndə” qeyd etməklə 15.05.2022 tarixinədək göndərməyinizi xahiş edirik.

VAKANSİYA 6

Ferrum Capital

Faktorinq üzrə kiçik mütəxəssis

Son tarix 29 may 2022 – [email protected]

Hansı özəlliklərə malik olmalıdır?

  • Ali təhsil (maliyyə-kredit, iqtisadiyyat və digər əlaqəli sahə üzrə)
  • 21-35 yaş aralığı
  • Əla səviyyədə azərbaycan dili (Rus dili biliyi üstünlükdür)
  • Yaxşı səviyyədə riyazi biliklər və analitik qabiliyyət  
  • Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı 
  • Ofis proqramları (Word, Excel, Outlook) üzrə biliklər

Faktorinq üzrə kiçik mütəxəssis nə iş görür?

  • Müraciət etmiş müştərilərin faktorinq şərtləri barədə məlumatlandırılması
  • Müştəri müraciətlərinin qəbulunun həyata keçirilməsi və sistemə daxil edilməsi
  • Müştərilərin ödəmə qabiliyyətinin təhlil edilməsi
  • Müqavilələrin hazırlanması, müvafiq sənədləşmənin həyata keçirilməsi
  • Portfelə nəzarət və gündəlik ödəmələrin təqib edilməsi

Əlavə məlumat:

  • 5 günlük iş qrafiki: 09:00 – 18:00
  • Əmək haqqı: 400 AZN + Bonus

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Faktorinq üzrə kiçik mütəxəssis” qeyd etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

VAKANSİYA 7

Aqrar İnnovasiya və Təchizat Şirkəti

Müştəri xidmətləri üzrə mütəxəssis

Son tarix 29 may 2022 – [email protected]

İşin təsviri:

  • Müştəri müraciətlərinin operativ və sürətli cavablandırılması;
  • Müştərilərə xidmətlər haqqında tam, dolğun məlumatın verilməsi;
  • Müştərilərin müraciətlərini lazımi təqdirdə müvafiq struktur bölmələrə yönəldilməsi;
  • Satışla bağlı müraciətləri prosedurlara uyğun icra etmək;
  • Sorğuların keçirilməsində iştirak etmək;

Tələblər:

  • Ali təhsil;
  • Müştərilərlə əlaqələrin idarə edilməsi və satış sahəsində sertifikat üstünlükdür;
  • Çağrı mərkəzi, müştəri xidmətləri və ya satış sahəsində iş təcrübəsi mütləqdir;
  • Dil bilikləri- Azərbaycan və rus dillərində səlis danışıq;

İş qrafiki:

  • Bazar ertəsi – Cümə:  8:30  – 17:30

Maraqlanan namizədlər mövzu yerində “Müştəri xidmətləri üzrə mütəxəssis” yazmaqla öz CV-lərini göndərə bilərlər.

VAKANSİYA 8

Massi

Problemli Kreditlər üzrə Mütəxəssis

Son tarix 29 may 2022 – [email protected]

İcra edəcəyi iş:

  • Müştərilərin ödənişlərini təmin etmək üçün mütəmadi əlaqə saxlamaq
  • Qayda və prosedurlara əsasən tərtib edilmiş sənədləri təstiqə təqdim etmək;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq.
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək

Tələb olunan peşə – ixtisas səviyyəsi:

  • Problemli kreditlər üzrə minimum 3 il iş təcrübəsi
  • Yüksək analitik düşüncə və problemlərin həll etmə bacarıqlarına sahib olmaq
  • Əla ünsiyyət qurmaq və komanda üzvü olmaq bacarığı 
  • Stressə davamlı 
  • Təşəbbüskar qərar qəbul etmə bacarığı 
  • Yalnız bəy namizədlər.
  • Yaş həddi: 30 – 45.
  • Sürücülük vəsiqəsi mütləqdir. 

İş şəraiti: 

  • Stabil iş  
  • AR ƏM əsasən rəsmiləşdirmə
  • Əmək haqqı 1000 AZN
  • Korporativ nömrə ilə təmin ediləcək 
  • İş rejimi: 09:30-dan 18:30-dək (həftədə 1 gün istirahət, qrafik üzrə)
  • İş yeri: Bakı Nizami r-nu, Heydər Əliyev pr 115, Caspian Sport Plaza B korpus 

Xahiş olunur yalnız kişi cinsinin nümayəndələri CV-ni “Problemli Kreditlər üzrə Mütəxəssis” başlığı ilə [email protected] ünvanına göndərsinlər. 

VAKANSİYA 9

NBA Technologies International LLC

Logistika üzrə menecer

Son tarix 29 may 2022 – [email protected]

Tələblər:

  • Ali təhsil
  • Azərbaycan dilini səlis, İngilis və Rus dillərini bilməli
  • Microsoft Office (Outlook, MS Excel, World) – istifadəçi səviyyəsi
  • Analiz, problemlərin həlli və qərarvermə
  • Dəqiqlik və təfsilatlara yönümlülük
  • İnkişafa yönümlülük
  • Logistika sahəsində minimum 1 il iş təcrübəsi
  • Xanım namizədlərə üstünlük verilir

Vəzifə öhdəlikləri:

  • Gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün lazımi olan bütün sənədlər paketinin təqdim olunması) 
  • Gömrük rüsumlarının ödənilməsinə, gömrüyə ödəniş üçün sənədlərin təqdim edilməsinə və malların anbara vaxtlı-vaxtında çatdırılmasına nəzarət edilməsi
  • Yeni alışların təsdiq olunması üçün laboratoriyaya hər hansı malın bir neçə nümunəsinin təqdim  edilməsi
  • Alınmış malların qeydiyyatının aparılması
  • Beynəlxalq yük daşınmalarını yüksək səviyyədə təmin etmək
  • Logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması
  • Nəqliyyatın planlaşdırılması və sifarişi
  • Təmsil etdiyi şirkətdən alınmış sənədlərin və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünün yoxlanması
  • Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq
  • Bazar qiymətlərinin monitorinqi,güvənli yerli və xarici logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi

Əlavə məlumat:

  • 5 günlük iş qrafiki
  • Əmək haqqı: (müsahibə nəticəsində müəyyən olunur)
  • İş yeri: Bakı şəhəri; Xətai rayonu; Babək Plaza
  • İş saatı: 09:00-18:00;

Zəhmət  olmasa   CV – nizi fotoşəkili ilə elektron poçt ünvanına “Logistika üzrə menecer” yazın. Əlaqə yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə aparılacaq.

VAKANSİYA 10

CenterHotel

Hotel müdiri (Menecer)

Son tarix 29 may 2022 – [email protected]

Vəzifələr:

  • Qonaq  məmuniyyətini  təmin  etmək;
  • Şöbələrin  işinə  nəzarət  etmək ;
  • Obyektin  və  avadanlıqların  yaxşı  saxlanmasını  təmin  etmək  üçün  hotelin  gündəlik  fəaliyyətinə  nəzarət etmək; 
  • Satış  proqramını  hazırlamalı;
  • Maliyyə  və  inzibati  sənədlərin  saxlanılmasına  nəzarət  etmək;   
  • Otaq  qiymətlərinin gündəlik müəyyənləşdirilməsi ;
  • Resepşnin  fəaliyyətinin  əlaqələndirilməsi;   
  • İşçilərin  işə  götürülməsi və  işdən  çıxarılması; 
  • Şöbələrin  büdcələrinin izlənməsi;
  • Qanunvericiliklə üzərinə düşən digər vəzifələrin yerinə yetirilməsi 

Namizədə  Tələblər:

  • Ali təhsilli  (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr);
  • Hotel  sahəsində minimum  10 il  iş təcrübəsi  olmalı;
  • Satış  müdiri və  Menecer  kimi minimum 5 il iş  təcrübəsi olanlara  üstünlük  verilir;
  • Ərəb  ölkələri  , İsrail və  Rusiyalı  turistlərlə işləmək  bacarığı  olmalı;
  • Turizm firmaları  və  agentlikləri ilə  iş  birliyi  olmalı və ya iş  birliyi  qurma bacarığı olmalı;
  • Fəaliyyət  göstərdiyi  sektorda  yer  alan  rəqib  hotelləri  analiz  edə  bilməli;
  • Satış bacarığını və bilgilərini inkişaf etdirmək;
  • Hotel  fəaliyyəti  ilə  əlaqədar  bütün  qayda  və  qanunları  bilməli;
  • Ciddi, kollektivdə işləmə bacarığı və  idarəetmə  qabiliyyəti  yüksək səviyyədə olmalı; 
  • Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı olmalı;
  • Dil bilikləri: Azərbaycan dili,  İngilis  dili, Rus dili    (yazmaq, oxumaq  və   danışmaq   mükəmməl  səviyyədə)
  • Məsuliyyətli, stressədavamlı 

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Həftədə  6 iş günü, 12 saatlıq  iş  qrafiki   09.00 –dan  21.00-dək, 1 gün  istirahət  günüdür;
  • Əmək  haqqı  razılaşma  yolu  ilə  (Təcrübə  və  idarəetmə  qabiliyyəti  nəzərə  alınmaqla)

Qeyd: iş yeri Bakı şəhərində , mərkəzdə  yerləşir.

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “ Müdir ” qeyd edərək öz CV lərini mükəmməl şəkildə  email ünvanına göndərməyiniz  xahiş olunur.

VAKANSİYA 11

TBC Kredit

İstehlak kreditləri üzrə kiçik mütəxəssis

Son tarix 29 may 2022 – [email protected]

Öhdəliklər:

  • Potensial müştərləri cəlb etmək, birbaşa marketinq və telemarketing etmək
  • Cəlb etdiyi müştərilərin bizneslərini analiz edib kredit vermək
  • Cari müştərilərlə davamlı ünsiyyət saxlamaq, yeni müştərilərin əməkdaşlığa cəlb etmək
  • Kredit portfelinə nəzarət etmək

Tələblər:

  • Ali təhsil (istənilən)
  • Azərbaycan dilində səlist danışıq qabiliyyəti
  • İş təcrübəsi tələb olunmur
  • Yaxşı ünsiyyət və komanda da işləmə bacarığı
  • Sərbəst və şəffaf şəkildə fikir izah etmə bararığı
  • Yeni insanlarla ünsiyyət qurma həvəsinin olması
  • Müştərini cəlbetmə bacarığı

Əgər Siz də karyeranızı beynəlxalq təşkilatda başlama imkanını əldə etmək, kredit işini öyrənmək istəyirsizsə, xahiş olunur ki, CV-ləri 29 may 2022-ci il tarixinədək e-mail vasitəsilə təqdim etsinlər.

E-məktubunuzun “mövzu” (subject) sətrində müraciət etdiyiniz vəzifənin adını “İstehlak kreditləri üzrə kiçik mütəxəssis” qeyd etməyiniz vacibdir. Əks təqdirdə belə müraciət edənlərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

VAKANSİYA 12

Otokoc Azerbaijan

Mühasib

Son tarix 29 may 2022 – [email protected]

Namizədə tələblər:

  • Ali  təhsil (riyazi və ya iqtisadi sahə üzrə bitirənlərə üstünlük veriləcəkdir)
  • Mühasibatlıq sahəsində iş təcrübəsi 
  • MS Office proqramlarında (xüsusilə “Excel”də) mükəmməl işləmək bacarığı
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi və vergi bilikləri
  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması bilikləri 
  • Elektron hökümət portalı ilə işləmək qabiliyyəti
  • Birbaşa rəhbər və ya müvafiq şəxslərin müraciəti əsasında faylları və ya məlumatları, o cümlədən proseslər, fayllar, sənədləri və hesabatları hazırlamaq;
  • Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
  • Təşəbbüskar, qərar qəbul etmək qabiliyyəti;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;

İş şəraiti:

  • İş qrafiki: Həftənin 5 günü, 09:00-dan 18:00-dək
  • Şənbə, bazar və bayram günləri qeyri iş günləridir
  • Nahar şirkət tərəfindən təmin olunur

Əmək haqqı: razilaşma yolu ilə

Xahiş olunur namizədlər CV-ni mövzu yerində “mühasib” başlığı yazmaqla e-mail ünvanına göndərsinlər. 

VAKANSİYA 13

Matanat A

Recruitment Specialist

Son tarix 29 may 2022 – [email protected]

Əgər siz maraqlı insanlar və peşəkarlarla bir komandada işləmək istəyirsinizsə, işə qəbul sahəsində işləyirsinizsə və bunu bəyənirsinizsə, insanlarla ünsiyyət sizə ancaq həzz gətirirsə – o zaman bizə xoş gəlmisiniz. Biz Sizə #Sezar olmağı və eyni vaxtda bir neçə istiqamətdə işləməyi öyrədəcəyik, vakansiya bazasına nəzarət etmək və namizədləri qiymətləndirmək üçün Sizə taktikaları öyrədəcəyik. Biz işə qəbul və namizədlərin qiymətləndirilməsinin müasir konsepsiyalarını öyrədəcəyik.

Yuxarıda göstərilənlərin hamısı sizi maraqlandırır?

Vəzifə öhdəlikləri:

  • Namizədlərin cəlb edilməsi məqsədi ilə bütün şöbələrlə sıx işləyərək, işə qəbul və seçim prosesinin effektiv aparılması;
  • Şirkətin işə qəbul siyasətinə uyğun olaraq, işə qəbul prosesinin aparılması;
  • Zərurət olduqda, şöbə müdirlərinə işə qəbul prosesi ilə bağlı tövsiyyələr vermək;
  • İşçi tələbnamələrinə uyğun olaraq iş elanlarının yerləşdirilməsi;
  • Şirkətin əməkdaşlıq etdiyi işə düzəltmə agentliklərinin işlərini koordinasiya etmək;
  • Şirkətin CV bazasının yenilənməsi və genişləndirilməsi;
  • Uğurlu namizədlər haqqında əvvəlki və ya indiki işə götürənlərindən rəylər almaq;
  • Vəzifədən irəli gələn inzibati öhdəliklər – iş təkliflərinin hazırlanması, tələb olunan sənədlərin qəbulu və s.
  • İşçi işə başlayarkən görülən işlərin koordinasiyası;
  • İşə qəbul prosesinə aid mövcud qanunvericilik biliklərinin daim təkmilləşdirilməsi;
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlər.

Əmək haqqı:

  • Razılaşma yolu ilə.

İş şəraiti:

  • İş saatı: 09-00-dan 18-00-dək;
  • İstirahət: Şənbə və bazar günü.

Tələblər:

  • Minimum 3 il iş təcrübəsi (Vəzifə üzrə minimum 2 il iş təcrübəsi olmalıdır)
  • Təhsil: Ali
  • Dil bilikləri: Azərbaycan və Rus dili, İngilis dili əla səviyyədə;
  • Kompüter bacarıqları: MS Office proqramları;
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 gün tam iş qrafiki;

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-lərinizi mövzu sətrində Recruitment Specialist qeyd edərək göndərin.

VAKANSİYA 14

TBC Kredit

Mikro kreditlər üzrə kiçik mütəxəssis

Son tarix 29 may 2022 – [email protected]

Öhdəliklər:

  • Potensial müştərləri cəlb etmək, birbaşa marketinq və telemarketing etmək
  • Cəlb etdiyi müştərilərin bizneslərini analiz edib kredit vermək
  • Cari müştərilərlə davamlı ünsiyyət saxlamaq, yeni müştərilərin əməkdaşlığa cəlb etmək
  • Kredit portfelinə nəzarət etmək

Tələblər:

  • Ali təhsil (istənilən)
  • Azərbaycan dilində səlist danışıq qabiliyyəti
  • İş təcrübəsi tələb olunmur
  • Yaxşı ünsiyyət və komanda da işləmə bacarığı
  • Sərbəst və şəffaf şəkildə fikir izah etmə bararığı
  • Yeni insanlarla ünsiyyət qurma həvəsinin olması
  • Müştərini cəlbetmə bacarığı

Əgər Siz də karyeranızı beynəlxalq təşkilatda başlama imkanını əldə etmək, kredit işini öyrənmək istəyirsizsə, xahiş olunur ki, CV-ləri 29 may 2022-ci il tarixinədək e-mail vasitəsilə təqdim etsinlər.

E-məktubunuzun “mövzu” (subject) sətrində müraciət etdiyiniz vəzifənin adını “Mikro kreditlər üzrə kiçik mütəxəssis” qeyd etməyiniz vacibdir. Əks təqdirdə belə müraciət edənlərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

VAKANSİYA 15

PASHA Life

Əməliyyat bölməsinin rəhbəri

Son tarix 23 may 2022 – Müraciət

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00

Son müraciət tarixi: 22 may 2022-ci il.

Vəzifə Öhdəlikləri:

  • Məhsul komandalarında çalışan Biznes analitiklərin fərdi və peşəkar inkişafı, texniki bacarıqlarının ölçülməsi və artırılmasına nəzarət, komanda üzvlərinin fəaliyyətinin izlənməsi və effektivliyinin artırlması ilə bağlı plan və proqramları tətbiq etmək;
  • Biznes proseslərin optimallaşdırılması yönündə komandalarda tətbiq ediləcək qaydaların, proseslərin və standartların müəyyənləşdirilməsi, razılaşdırılması və tətbiqini təmin etmək;
  • Məhsul komandalarında çalışan Biznes analitiklərin fəaliyyətinin uzlaşdırılması, asılılıqların aradan qaldırılması, yeri gəldikdə komandalar arasında Biznes analitiklərinin yerdəyişməsini təmin etmək;
  • Biznes analitiklərin yeni bilikləri əldə etməyə və daim yenilikləri araşdırmağa sövq etmək, innovativ həllərin, yetkin təcrübələrin tətbiqini təşviq etmək;
  • Sahənin (Tribe) vizyonu, məqsədi və hədəflərini dəqiq bilmək, öz fəaliyyətini ona əsasən qurmaq və Biznes analitiklərin hər birini bu hədəflərə çatmaq yönündə təşviq etmək;
  • Biznes analitiklərin çalışdığı komandanın üzvlərindən onların fəaliyyəti və davranışı barədə daim rəy almaq, bu rəylər əsasında bölmənin əməkdaşlarının effektivliyini artırmaq;
  • Biznes analitiklərlə mütəmadi görüşlər keçirmək, bu görüşlərin məzmunu, davamlılığı və effektivliyinə ciddi nəzarət etmək, nəticələri birbaşa rəhbəri və əlaqəli həmkarlarla paylaşmaq;
  • Bölmənin məsul olduğu proseslərin optimallaşdırılması üzrə mövcud sənəd və prosedurlara operativ şəkildə dəyişikliklər edilməsinə nəzarət etmək, həmin sənəd və prosedurların aktuallığını nəzarətdə saxlamaq, bununla əlaqəli şöbələrlə işini koordinasiya etmək;
  • Bölmənin məsul olduğu proseslərin optimallaşdırılması üzrə mövcud və yarana biləcək risklərin qeydiyyatı, öngörülməsi və aradan qaldırılmasını nəzarətdə saxlamaq, bununla əlaqəli şöbələrlə işini koordinasiya etmək;
  • Birbaşa rəhbəri ilə davamlı görüşlər keçirmək, ona bölmənin gördüyü işlər, asılılıqlar və problemlər, yeniliklər və gələcək planlar barədə məlumatlandırmaq;

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Biznes proseslərin, layihələrin idarə edilməsi, maliyyə və ya sığorta sektorunda keyfiyyətə nəzarət, IT analitika sahələrindən biri üzrə ən azı 3 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: Ali təhsil.
  • Dil bilikləri: Azərbaycan dili: əla , İngilis dili: əla , Rus dili: orta.
  • Üstünlüklər: Agile metodologiyanı bilməsi və təcrübəsi; Həyat sığortası sektorunu və məhsulları bilməsi; Danışıqlar prosesini effektiv idarə etmək bacarığı; Dizayn-düşüncə və proseslərin modelləşdirilməsi biliyi və bacarığı; Xərc-gəlir təhlili, layihələrin gəlirliyinin ölçülməsi bacarığı; Sektora aid tənzimləyici qanunları, konseptləri, prosedurları, hüquqi riskləri və yenilikləri anlamaq və izləmək bacarığı.
  • Kompüter bilikləri: MS Office: əla.
  • Fərdi keyfiyyət tələbləri: Mentorluq və kouçluq, müştəriyönümlü, nəticəyönümlü, inam yaratma, komanda işi, geniş perspektiv, innovasiyalara açıq, öyrənməyə meylli

İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

VAKANSİYA 15

Ayan MMC

Əmək haqqı üzrə mühasib

 Son tarix 29 may 2022 – [email protected]

Vəzifə öhdəlikləri:

  • İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması 
  • Məzuniyyət haqlarının, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması 
  • Kadrlar şöbəsi ilə birlikdə Dövlət Sosial Müdafiə Fondu hesabına ödənilən müavinətlərin (hamiləliyə və doğuma görə, əmək qabiliyyətini müvəqqəti itirilməsi, uşağın anadan olmasına görə, 3 yaşa qədər uşağa qulluğa görə, dəfn üçün müavinət) hesablanması, protokolun hazırlanması, sənədləşdirilməsinə nəzarət;
  • İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək
  • İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması.

Namizədə dair tələblər:

  • Xanım namizəd;
  • Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi 
  • Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;
  • Dil bilikləri: Azərbaycan dili – mükəmməl, rüs dili – orta
  • Mühasibat uçotu və Audit, iqtisadiyyat sahəsində ali təhsilin olması;
  • Ünsiyyət qurma bacarığı
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti 
  • Komandada işləmə bacarığı
  • MS Office proqramlarını bilməli
  • Xırdalana yaxın ərazilərdə yaşayanlara üstünlük veriləcəkdir

Əlavə məlumatlar:

  • Nahar şirkət tərəfindən verilir;
  • İş qrafiki: 5 gün, 08:00 – 17:00
  • Əmək haqqı: Razılaşma əsasında

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına, mövzu hissəsində vəzifənin adı “Əmək haqqı üzrə mühasib” qeyd olunmaqla, göndərə bilərlər.

Müsahibəyə dəvət olunan nazmizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Əlaqə nömrələri: +994552090362

fed.az