Türkiyə Sahil Xidməti ay ərzində 692 miqrantı xilas edib

303

Türkiyənin Sahil Xidməti aprel ayı ərzində İzmir vilayətinin sahillərində 692 qanunsuz miqrantı xilas edib.

Bu barədə “Report” “Anadolu”ya istinadən xəbər verir.

Miqrantların olduğu qayıqlar Türkiyənin qərbində yerləşən İzmir vilayətinin Çeşmə, Menderes, Dikili, Seferhisar və Karaburun rayonlarının sahillərində aşkar edilib.

Bütün müvafiq prosedurlar həyata keçirildikdən sonra qanunsuz miqrantlar miqrasiya üçün rayon şöbələrinə təhvil verilib.

Miqrantlara yardım göstərilib və İzmir vilayəti üzrə Miqrasiya İdarəsinə çatdırılıb.