Egey dənizində 63 il əvvəl batmış yük gəmisi aşkar edilib

261

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, 63 il əvvəl hərbi yük maşınları ilə batan “Three Hierarchs” teploxodu Egey dənizindəki Makronisos adasının şimal-qərbində dənizin dibində aşkar edilib.

Bu barədə bazar ertəsi Afina Makedoniya Xəbər Agentliyi (AMNA) məlumat verib və su altında tapılan gəminin fotoşəkillərini yayıb.

1959-cu il fevralın 14-də batmış quru yük gəmisi Kostas Toktaridisin rəhbərlik etdiyi tədqiqat qrupu tərəfindən Makronisosdan şimal-qərbdə 87,2 metr dərinlikdə aşkar edilib. Gəminin axtarışı, tədqiqi və identifikasiyası “ROV Super Achille” sualtı robotdan istifadə edilməklə həyata keçirilib.

Uzunluğu 43 metr, eni 7,6 metr olan teploxod əvvəlcə 378 ton qarğıdalı yükü ilə Pireydən çıxıb.

Uzunluğu 43 metr, eni 7,6 metr olan teploxoda Pirey limanında378 ton qarğıdalı vurulub. Teploxod 278 ton qarğıdalını Saloniki limanında boşaltmalı, qalan hissəsini Porto-Laqosa (Ksanti bölgəsi) çatdırmalı imiş. Qarğıdalı anbara yükləndikdən sonra Yunanıstan ordusu ümumi çəkisi 14,4 ton olan “GMC” tipli (“General Motors Corporation Truck”) üç hərbi yük maşını göyərtəyə yerləşdirir.

“Three Hierarchs” teploxodu Pireydən çıxan gün son dərəcə əlverişsiz hava şəraiti hökm sürüb və gəmi təyinat yerinə çatmayıb. 1959-cu il fevralın 14-də 9 nəfərlik heyətlə batan gəmi heç “SOS” siqnalını da verə bilməyib…