Bu şirkətlər işçi yığır: əmək haqqı 400-500-800-1000-1200 manat – 27 VAKANSİYA

567

VAKANSİYA 1

BSC Consulting & Outsourcing Company

Mühafizə rəisi

Son tarix 04 iyn 2022 – [email protected]

Tələblər:

  • Cins: kişi
  • Boy 180-dən yuxarı olmalı
  • Hərbi bilet mütləqdir
  • Dil biliyi: Azərbaycan, Rus dili arzuolunandır
  • İş təcrübəsi: Təhlükəsizlik xidmətinə rəhbərlik sahəsində ən azə 3 il iş təcrübəsi
  • SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə iş təcrübəsinin olması
  • İdarəçilik bacarığı
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti
  • Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarığı
  • Baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək bacarığı

İş barədə məlumat:

  • Xammalın, materıalın, avadanlığın və məhsulun müəssisəyə giriş-çıxışı zamanı sənədlərini yoxlamalı və imzaladığı hər sənədə şəxsən və şərtsiz məsuliyyət daşıyır
  • Şirkətdə istehsal olunan məhsullar qorunmalı, habelə kommersiya sirrinin qorunması naminə vaxtaşırı tədbirlər keçirilməlidir
  • Müəssisədə və istehsal sahələrində reydlər kecirməli və həmin yerlərin mühafizəsini təmin edə biləcək tədbirlərin görulməsi barədə təkliflər verməlidir
  • Tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünü aparmalıdır
  • Təhlükəsizlik əməkdaşlarıın gün ərzində xidməti geyimlərini, şəxsi gigiyenasını yoxlamalıdır
  • Müəssisənin mülkiyyətində və istifadəsində olan ərazinin, daşınar və daşınmaz əmlakın, habelə əməkdaşlarının nəzarətini təşkil etməlidir
  • Müəssisəyə buraxılış sisteminin təşkilinə və ona riayət olunmasına nəzarət etməlidir
  • Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən verilən digər göstərişlərin icra olunmasının təmin edilməsi

İş şəraiti:

  • İş qrafiki : Həftənin 6 günü, 1 gün istirahət
  • Əmək haqqı: 800-1000 azn
  • Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır

bölməsində vakansiyanın adını qeyd etmək mütləqdirVakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində “Mühafizə rəisi” qeyd etməklə göndərmələri xahiş olunur.

VAKANSİYA 2

Receptionist

 Son tarix 04 iyn 2022 – [email protected]

Adress: Nizami street

Job Description:

  • Provide effective communications and relationships with internal and external contacts, ensuring that messages and relations contribute positively to the delivery of business objectives.
  • Keeping files orderly, documentation and archiving documents.
  • General administrative tasks (phone calls, courier services, stationery, household products, etc.).
  • Receiving and sorting daily mail
  • Transferring calls as necessary
  • Possibly managing office supplies such as stationery, equipment and furniture
  • Greeting all visitors

Requirements:

  • Higher education.
  • Min 1 years of work experience as reseptionist or related administrative positions.
  • Speaking and writing in English, Azerbaijani and Russian languages fluently
  • Proven experience in office management and strong administrative and organizational skills. 
  • Excellent inter-personal and communication skills
  • Computer skills (MS Word, Excel, Power Point, Internet, etc.)
  • Business Communication, numeracy skills, attention to details
  • Ability to work in team, ability to work under pressure and in flexible working hours, adaptation to change
  • Expecting the candidate to be enthusiastic and motivated with a sense to confidentiality

Salary 500  AZN

Working hours: Monday- Saturday (8:00 – 17:00)

To be considered for this position, please email your resume with reference “Reseptionist” in the email subject line. Only successful candidates (CV corresponding to all requirements) will be contacted.

VAKANSİYA 3

Optimal Finance BOKT

Baş mühasib

Son tarix 04 iyn 2022 – [email protected]

Tələblər:

  • Ali təhsil (maliyyə istoqamətində);
  • Bank sahəsində baş mühasib vəzifəsində ən azı 2 il iş təcrübəsi;
  • Vergi Məcəlləsi, Mülki Məcəllə və Sosial sığorta haqqında qanun üzrə mükəmməl biliklər;
  • Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
  • MUP (mühasibat uçotu proqramları) və MS Office, xüsusilə MS Excel üzrə qabaqcıl istifadə bacarıqları;
  • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq

Əsas vəzifələr:

  • Vergi, Sosial Müdafiə, Mərkəzi Bank, Statistika və digər nəzarət orqanlarına aylıq, rüblük, illik hesabatlar və bəyannamələrin hazırlanmasını təmin etmək; 
  • Qanunvericilikdə baş verən müvafiq dəyişiklikləri müntəzəm izləmək, şirkətin proseslərinin müvafiq qaydada uyğunlaşmasını həyata keçirmək;
  • Vergi planlaması və vergi risklərin azaldılmasına dair işlər aparmaq;
  • Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət etmək və uçotun şirkətin vergi siyasətinə uyğunluğunu təmin etmək;
  • Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasını və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsini təmin etmək;
  • Vergi və digər dövlət qurumları ilə yazışmalar və müzakirələr aparmaq;
  • Müasir hesablama texnikası/proqram təminatından istifadə edərək proqressiv forma və üsulların işlənib hazırlanması və tətbiq edilməsində iştirak etmək;
  • Sənədlərin, ona məlum olan əməliyyatlar və xidməti tapşırıqların məxfiliyinin lazımi səviyyəsini qorumaq;

İş şəraiti:

  • Tam iş günü, iş qrafiki I-V günlər, şənbə və bazar günü istirahət;
  • Əmək haqqı: 1000 azn;

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində “Baş mühasib – BOKT” qeyd edərək CV ilə müraciət edə bilərlər.

VAKANSİYA 4

Trion Trade

Ekspeditor

 Son tarix 04 iyn 2022 – [email protected]

Tələblər:

  • Təhsil: Orta ixtisas (Ali təhsili olması arzu olunandır)
  • Sürücülük vəsiqəsi + şəxsi avtomobil (Məsrəflər şirkət tərəfindən ödənilir benzin+amortizasiya)
  • Şəxsi avtomobil mütləqdır.
  • Azərbaycan dilini, rus dilini səlis bilməlidir
  • İş təcrübəsi: Satış sahəsində azı 2 il iş stajı (qeyri-qida sektorunda təcrübəsi: arzu olunandır)
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
  • Satış qabiliyyəti olmalı
  • Dəqiq və işinə qarşı məsuliyyətli olan
  • Ünsiyyətcil və yüksək danışıq qabiliyyəti
  • İşguzar və hədəf yönlü, problemləri həll etmə bacarığı olan

İş barədə məlumat:

  • Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kompaniyalar haqqdında məlumatı vaxtında öyrənmək və tədbiq etmək
  • Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməklik göstərmək
  • Məhsulun təqdim edilməsi.  
  • Zalda məhsulun bütün çeşidlərinin mövcudluğuna nəzarət etmək
  • Mağazada və anbarda olan malların qiymətləri, ölçüləri, miqdarı və s. barədə məlumatları bilmək.
  • Satış sonrası işin izlənməsi
  • Hesabatlar
  • Satışların müvəffəqiyyətlə aparılması üçün peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi və bacarıqların təkmilləşdirilməsi.
  • Əmək haqqı:900-1000 AZN

İş qrafiki:

  • Bazar ertəsi -Şənbə
  • Saat:09:00-dan-17:00-dək

VAKANSİYA 5

Polietilen Boru İstehsalı Zavodu

Mühasib (Şəki,kişi)

Son tarix 04 iyn 2022 – [email protected]

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotu, vergi uçotu, DSMF və statistika ilə bağlı əməliyyatlar və bütün hesabatların (aylıq, rüblük, illik) göndərilməsi.
  • Onlayn kargüzarlıq və e-dövlət (e-gov.az) portallarından istifadə bacarığı.
  • Müəssisə tərəfindən həyata keçirilən bütün əməliyyatların hesabatda (günlük,aylıq,illik) əks etdirilməsi.

Tələb olunan göstəricilər: 

  • Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək;
  • Mühasibatlıq proqramlarında işləmək bacarığı;

İş qrafiki:

  • Həftə içi  6 gün (saat 09:00-dan 18:00-dək)
  • Yaş həddi; 25-40 arası kişi namizədlər

Əmək haqqı: 500-1000 arası.Namizədin bacarıq və üzərinə götürəcəyi digər məsuliyyətlərə görə müsabiqə əsasında müəyyənləşəcək

İş yeri:Şəki

Qeyd: Uyğun namizədlər, ŞƏKİLLİ CV-lərini qeyd olunan ünvana göndərə bilərlər. Şəkilsiz müraciətlərə baxılmır.

VAKANSİYA 6

Sinteks Group of Companies

Müştəri Əlaqələri üzrə Administrator

Son tarix 04 iyn 2022 – [email protected]

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilsin və CV-də müvafiq bilik və bacarıqlar işarə edilsin.

Vəzifənin rolu:

Bu vəzifənin rolu yüksək keyfiyyətli müştəri xidmətlərinin təmin edilməsidir. 

Vəzifə öhdəlikləri:

  • Mağazalara Loyallıq Sisteminin tətbiqinə nəzarət edir, mağaza və müştərilər tərəfindən daxil olan sorğuları cavablandırır 
  • Xarici və Daxili Müştərilərdən daxil olan müraciətləri, şikayətləri və sorğuları qəbul edir, qiymətləndirir və həll edir, hesabatlar təqdim edir 
  • Müştəri Xidmətləri Menecerinə şöbənin təkmilləşdirilməsi ilə əlaqəli gündəlik işlərdə iştirak edir
  • CRM qaydalarına uyğunluq ilə bağlı mağaza heyətinə nəzarət edir, kənarlaşmalara dair hesabat hazırlayır

Əsas tələblər: 

Təhsil:

  • Ali təhsil 
  • CRM, Marketinq, Müştəri analizləri üzrə müvafiq sertifikatlar arzuolunandır

Təcrübə: 

  • Müştəri xidmətləri və ya əlaqə mərkəzinin əməliyyatları üzrə ən azı 2 il təcrübə və ya ixtisas artırma 

Professional biliklər:

  • Müştəri Əlaqələrinin idarə edilməsi 
  • Müştəri xidmətlərinə dair prinsip və təcrübələr üzrə biliklər 
  • Səlis Rus və üst-orta səviyyədə İngilis dili bilikləri  
  • MS Office proqramları  

Professional bacarıq və kompetensiyalar:

  • Biznes kommunikasiyası 
  • Problemlərin həlli 
  • Analitik bacarıqlar 
  • Məsuliyyət 
  • Nəticə yönümlülük 
  • Stressli situasiyaların idarə edilməsi

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Müştəri Əlaqələri üzrə Administrator” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər

To the attention of candidates: The requirements should be paid attention and relevant knowledge and skills should be pointed out in the CV.

The role of the position:

The role of this position is to provide assistance in ensuring high quality customer service.

Job responsibilities:

  • Monitors the implementation of the Loyalty System in stores, responds to inquiries from stores and customers 
  • Obtains, evaluates and handles complaints and inquires received from external and internal customers, submits reports.
  • Assist Customer Services Manager with the daily work scope related to improvement of Customer Care/Services department.
  • Monitor the shops’ staff on compliance with CRM guidelines, prepares suspension report. 

Main requirements:

Education:

  • Higher education 
  • Relevant certificates in CRM, Marketing, Customer Analyses are desirable

Experience

  • At least 2 year of experience or a qualification in customer service or contact centre operations

Professional knowledge:

  • Customer Relations management 
  • Knowledge of customer service principles and practices
  • Fluent Russian, upper-intermediate English
  • MS Office Programs

Professional skills and competencies:

  • Business communication
  • Problem solving 
  • Analytical skills
  • Responsibility 
  • Result orientation
  • Stress management

Interested candidates can send their CV’s by mentioning “Customer Relations Administrator” in the subject line.

VAKANSİYA 7

Grand Agro MMC

Elektrik montyoru

Son tarix 04 iyn 2022 – 

Təsvir:

  •  Müəssisənin elektrik təchizatı sistemlərinin və onların qəzasız istismarının təşkili
  • Baş Mühəndisin tapşırığı ilə elektrik yuvalarının qurulması və verilmiş elektrik sxemləri üzrə işlərin görülməsi
  • Elektrik verilişi və digər işlər üzrə layihələndirmə işlərinin həyata keçirilməsi
  • Layihələrdə tələb olunan elektrik kabel, naqil və s. elektrik cihazlarının, qurğularınin seçilməsinin təşkili və həyata keçirilməsi
  • Sadə qoşulma sxemi olan güc və işıqlandırıcı elektrik qurğularına xidmət edilməsi.
  • Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırılması.
  • Montaj işlərinin görülməsi.

Tələblər:

  • Elektrik işləri sahəsində ən az 1-3 il təcrübəsi olmalı və minimum 3-cü dərəcəli elektrik olmalıdır.
  •  Elektrik sahəsində ali və yaxud da orta ixtisas təhsili
  • Fərdi və komandada işləmək bacarığı
  • Dəqiq və sürətli işləmək bacarığı.

Əmək haqqı: 600-800 AZN

Sosial imtiyazlar:

  • Ödənişsiz nahar
  • Nəqliyyat.

VAKANSİYA 8

Azerbaijan Travel International

Turizm xidmətlərinin satışı üzrə meneceri

Son tarix 04 iyn 2022 – [email protected]

Gənclər və tələbələr üçün daimi iş.

Azerbaijan Travel International – beynəlxalq turizm saytlarının qiymətləndirməsinə görə ilk turoperator, öz sahibkarlıq istedadlarını ortaya qoymaq istəyən gənc və məqsədyönlü insanları dəvət edir. Turizm məhsullarının küçə satışı üzrə menecerlər, daimi iş üçün tələb olunur.

Turizm Promoterunun vəzifəsi:

  • Ünsiyyət bacarıqları və Tətbiqi Psixologiya əldə etmək üçün ən yaxşı təcrübə, dünyanın bir çox insanları ilə ünsiyyət imkanı.
  • Azərbaycanın tarixi, mədəniyyəti və təbiətinin xüsusiyyətləri haqqında peşəkar biliklərin əldə edilməsi.
  • Xarici dil biliklərinin təkmilləşdirilməsi.
  • Karyera yüksəlişi imkanı.
  • Professional satış texnologiyalarının təlimi.
  • Əmək haqqı – 300 AZN + hər satılmış ekskursiyadan faiz (həftədə 100 manatdan 300 manata qədər pul qazanmaq imkanı).
  • Pul mükafatları və digər bonuslar.
  • Yarım gün işləmək imkanı.

İşin Təsviri:

  • Ölkəmizə gələn turistlərə turizm xidmətlərinin təqdimatı və satışı.
  • Tur məhsulunun tərkibi haqqında turistlərə məlumat vermək.
  • Turistlərlə dialoq qurub, ekskursiyalarla bağlı turistlərin suallarını cavablandırmaq.
  • Bütün etiket normalarına riayət etmək.
  • Həftədə 6 gün iş qrafiki.

Tələblər:

  • 18 və 30 yaş arası xanım və bəylər
  • Diqqətli olmaq.
  • Nəzakətli ünsiyyət bacarığı.
  • Səlist danışıq qabiliyyəti.
  • Təlimlərdə iştirak etmək.
  • Yaxşı şifahi xarici dil biliyi (rus və ya ingilis).
  • Komandada işləmək bacarığı. 
  • CV (foto ilə tələb olunur).

İş şəraiti:

  • Sabit şirkətdə işləmək.
  • Əmək haqqının vaxtında ödənilməsi.
  • Əmək haqqı iki hissədən ibarətdir: aylıq əmək haqqı + satışdan %.
  • İş yeri – İçərişəhər.
  • İş təcrübəsi tələb olunmur.

CV-nizi elektron ünvanına göndərməyiniz xahiş olunur

Qeyd: Müsahibədə namizədin digər mövqelərə də baxılması mümkündür.

VAKANSİYA 9

East Vest Azərbaycan MMC

Marketinq və bazar araşdırmaları mütəxəssisi

Son tarix 04 iyn 2022 – [email protected]

Yerləşdiyi yer: Bakı

Təhsil: ali.

Maaş: min. 400-500 AZN.

Yaş: 22-26.

İş təcrübəsi: 1-3 il.

Namizədə tələblər:

  • İşgüzar, intizamlı, məsuliyyətli, təvazökər və dürüst olmalıdır;
  • Azərbaycan (sərbəst), İngilis (orta/sərbəst), Rus (orta) dillərini bilməlidir;
  • Kompüter bilikləri: Offis, Excel, Word və s. sərbəst;
  • İnternet və sosial şəbəkələrdə (Linkedin, Instagram, Facebook s.rabitə təcrübəsi olmalıdır;
  • Dərman vasitələri və onların bazarı (tələbatı) haqda məlumatlı olmalıdır;
  • İşgüzar rabitə sahəsində səriştəsi olmalıdır;
  • Xarıci ezamiyyətlərə getmək imkanı olmalıdır.

İş barədə məlumatlar:

  • 6 ay sınaq müddəti;
  • Beş iş günü;
  • İldə bir dəfə 20 gün məzuniyyət;
  • Xarici istehsalatçılar ilə rabitə yaratmaq bacarığı;
  • Müxtəlif nazirliklər, komitə, agentliklər, şirkətlər ilə işgüzar rabitə saxlamaq və danışıqlar aparmaq.

Tel: 055 216 4054

VAKANSİYA 10

ZIYAFREIGHT MMC

Logistics Coordinator

Son tarix 04 iyn 2022 – [email protected]

Logistics Coordinator Responsibilities:

  • Overseeing all supply chain operations.
  • Ensuring the safe and timely pick-up and delivery of shipments.
  • Monitoring shipments, costs, timelines, and productivity.
  • Addressing and resolving shipment and inventory issues.
  • Liaising and negotiating with suppliers and retailers.
  • Answering customer queries.

Logistics Coordinator Requirements:

  • High school diploma.
  • English knowledge (Intermediate/upper intermediate).
  • Experience in logistics preferring.
  • Excellent communication and negotiation skills.
  • Proficiency in Microsoft Office.
  • Good management and organizational skills.
  • Strong problem-solving skills.
  • Starting salary 500 AZN.

VAKANSİYA 11

Caspel

Baş mühasib

Son tarix 04 iyn 2022 – [email protected]

Məsuliyyət və vəzifələr:

  • Mühasibatın işinə rəhbərlik edir və cavabdehlik daşıyır.
  • Mühasibat sənədlərinin tərtibatına və dövriyyəsini  tam  nəzarət edir və cavabdehlik daşıyır.
  • Cəmiyyətin mühasibatlığına daxil olan hesabların ERP proqram məhsulunun bazasına daxil edilməsini təmin edir;
  • Daxil olan hesablara əsasən ödəniş tapşırığının hazırlanmasını təmin edir;
  • Satış müqavilələrinə əsasən müştərilərə hesab göndərilməsini təmin edir, müştərilər tərəfindən ödənişin həyata keçirilməsinə nəzarət edir;
  • Bank əməliyyatlarının aparılmasını və ERP proqram məhsulunun bazasında həmin əməliyyatların qeydiyyatını təmin edir;
  • Kredit əməliyyatlarının aparılmasını və ERP proqram məhsulunun bazasında həmin əməliyyatların qeydiyyatını təmin edir;
  • Əsas vəsaitlərin hərəkətinin qeydiyyatının aparılmasını təmin edir;
  • Malların mədaxil və məxaric qaimələrinin yazılmasına nəzarət edir;
  • Kassa əməliyyatlarının qeydiyyatının aparılmasına nəzarət edir;
  • Müvafiq müxabirləşmələrə nəzarət edir və cavabdehlik daşıyır.
  • Müəssisənin  mənfəət və  zərərinin müəyyənləşdirir
  • Aylıq və rüblük  hesabatların,  illik  balansın tərtib edir və müvafiq dövlət orqanlarına təqdim edir.            
  • Mühasibatın işini təşkil edir və nəzarət edir;
  • Dövlət orqanlarına təqdim ediləcək hesabatları hazırlayır və tələb olunan müddətlərdə aidiyyatı üzrə təqdim edir;
  • Mühasibatın işçilərinin vəzifə öhdəliklərini müəyyənləşdirir və rəhbərlik ilə razılaşdırırır;
  • Mühasibatın işçilərinin peşqəkarlıq qabiliyyətlərinin artırılması məqsədilə onların kurs və təlimlərə göndərilməsi ardıjıllığını müəyyənləşdirir  və rəhbərlik ilə razhılaşdırılır;
  • İşçilərin müəyyən olunmuş vaxtda əmək haqqlarını almasını təşkil  edir, sosial və digər müavinətlərin alınmasına nəzarət və təşkil edir;
  • Balans hesabları üzrə təqdim edilmiş aylıq dövriyyə cədvəllərinə nəzarət edir;
  • Aylıq olaraq cəmiyyətin mənfəətini müəyyənlləşdirir;
  • Öz fəaliyyətini  “İşçilərin Təlimat Kitabçası”nın tələblərinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, müəssisənin sanitar-gigiyena, yanğından mühafizə norma və qaydalarına müvafiq şəkildə həyata keçirir.

Tələblər:

  • Ali iqtisadi təhsili
  • Azərbaycan, rus , ingilis dillərini tələb olunan səviyyədə bilmək;
  • Mühasibat proqramlarını bilmək və kompüterdə işləmək bacarığı
  • Mühasibatlıq üzrə ən azı 3 il staj

Fərdi keyfiyyətlər:

  • Diqqətlilik
  • Məsuliyyətlilik
  • Təşkilatçılıq
  • Səliqəlilik

Məşğulluq: Tam

VAKANSİYA 12

BSC Consulting & Outsourcing Company

Təchizat üzrə mütəxəssi

Son tarix 04 iyn 2022 – [email protected]

Tələblər:

  • Cins:  kişi
  • Təhsil: Ali
  • Dil biliyi: Azrəbaycan səlist, Rus dili səlist, İngilis dili arzuolunandır
  • İş təcrübəsi: Mütləq qeyd olunan vəzifədə 2 ildən artıq
  • Kompüter bilikləri: MS Office
  • İnformasiya toplama və məlumatların monitorinq edilməsi bacarığı
  • Problemi sərbəst həll etmə bacarığı
  • Vaxtdan səmərəli istifadə etmə bacarığı Dürüst, ciddi, səbirli və məsuliyyətli olmalı
  • Analitik düşünmə

İş barədə məlumat:

  • Şirkətin satınalma prosesinin təşkili və idarəedilməsində iştirak etmək
  • Mövcud xammal, mal-material bazarını araşdırmaq, alış qiymətlərinin aşağı salınması üçün tədbirlər görmək
  • Mövcud bazarın və rəqiblərin analizi
  • Mövcud müştərilərlə əlaqələrin saxlanılması və inkişafı
  • Xarici ölkələrdən malların vaxtında alınması, ölkəyə çatdırılması, (yazışmaların və danışıqların aparılması)
  • Daxil olan sorğulara müvafiq satınalma təkliflərinin hazırlanıb təqdim etmək
  • Bazarın tələbinə uyğun təkliflərin formalaşdırılması
  • Müştərilərə sistemli şəkildə səfər etmək və qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli şərait yaradılması
  • İllik, aylıq satınalma datalarını analiz etmək və hesabatların rəhbərliyə təqdim olunmasını təmin etmək

İş şəraiti:

  • İş qrafiki : Həftənin 6 günü, bazar günü istirahət
  • Əmək haqqı: 800-1200
  • Nahar şirkət tərəfdən verilir
  • Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində “Təchizat üzrə mütəxəss” qeyd etməklə göndərmələri xahiş olunur.

VAKANSİYA 13

Başak Group

Mağaza Müdiri

Son tarix 04 iyn 2022 – [email protected]

Tələblər:

  • Ali təhsil,
  • Geyim, mebel sektorunda minimum 3-5 il təcrübə,
  • Azərbaycan və rus dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı,
  • MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı,
  • Komandada işləmə bacarığı.
  • Xanım namizədlərə üstünlük veriləcək.

Vəzifə öhdəlikləri:

  • Mağaza müştəri xidmətləri bölmələrinin fəaliyyəti ilə bağlı mərkəzlə mağaza arasında koordinasiyanı təmin etmək və izləmək,
  • İşçi məmnuniyyətini və satış performansını artırmaq,
  • Mağazada müştəri portfelinin yaradılması,
  • Müştəri şikayət / təklif sisteminin idarə edilməsi,
  • Mağazanı sərfəli və nümunəvi bir müəsissəyə çevirmək,
  • Lazımi hesabatların vaxtında və dəqiq şəkildə verilməsini təmin etmək,
  • Məhsulları sayaraq stok izləməsini həyata keçirmək,
  • Mağazadakı lojistik tətbiqetmələri həyata keçirmək.

İş şəraiti:

  • Əmək haqqı: 1000 AZN + bonus (KPİ)
  • Nahar şirkət tərəfindən verilir,
  • Korporativ nömrə,

Ünvan: Dərnəgül şosesi 31, məhəllə 5, Ziya Bünyadov pr. 3105

İş günlərinin sayı 6 gün, şənbə günü qısaldılmış.

Tələblərə uyğun şəxslər CV-lərini elektron poçt ünvanına mövzu hissəsinə “Mağaza müdiri” yazaraq göndərə bilərlər

VAKANSİYA 14

Başak Group

Xarici satınalmalar üzrə mütəxəssis

Son tarix 04 iyn 2022 – [email protected]

Namizədə aid tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi;
  • Təşkilatçılıq bacarığı;
  • Sərbəst qərar verə bilmək bacarığı;
  • İşlərin vaxtında yerinə yetirilməsini təmin etmək;
  • Güclü şifahi ünsiyyət qurmaq bacarığı;
  • Kompüter biliyi: MS Office;
  • İngilis, Rus və fərqli xarici dillərdə səlis danışıq və yazışma,
  • Şəxsi avtomobil.

Vəzifə öhdəlikləri:

  • Xarici Təchizatçıları araşdırmaq, arasından seçim etmək və təchizatçı bazasını daim yeniləmək;
  • Xarici və yerli təchizatçılar ilə danışıqların aparılması;
  • Satın alınmış xammal, mal və materialların məlumat bazasını hazırlamaq və yeniləmək, şirkətin xarici təchizat xərclərinə nəzarət etmək və aidiyyati şəxslərə hesabat vermək;
  • Şirkətin bütün təsdiqlənmiş tələbnamələrini əlaqələndirmək;
  • Satınalmalar üçün rəqabətli qiymət sorğusu sisteminə nəzarət etmək;
  • Şirkət əməkdaşları ilə təchizatla bağlı yazışmaların aparılması;
  • Təchizatla bağlı iclaslarda iştirak etmək;
  • Satınalmaların aidiyyatı şəxslərə çatdırılması barədə hesabat vermək;

İş qrafiki:

  • Həftə içi 5 gün saat 09:00-18:00, şənbə yarı iş günü,
  • Nahar şirkət tərəfindən verilir,
  • Korporativ nömrə (korporativ paket),
  • Əməkhaqqı: müsahibə əsasında,
  • Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.

Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Xarici satınalma” yazaraq göndərə bilərlər.

VAKANSİYA 15

Kontakt Home

Problemli ödənişlər üzrə Operator

Son tarix 04 iyn 2022 

Təsvir:

  • Gecikmədə olan müştərilərlə telefon vasitəsi ilə ünsiyyətin yaradılması;
  • Problemli ödənişlərin həyata keçirilməsinin təmin edilməsi;
  • Problemlərin statusu barədə müvafiq struktur bölmələrinə məlumatın təqdim edilməsi.

İş şəraiti:

  • İş günləri: I-V günlər saat 10:00-19:00 / Şənbə-Bazar saat 12:00-17:00 (növbəli);
  • 500 AZN əmək haqqı.

Tələblər:

  • Ali təhsil;
  • Səlis Azərbaycan və Rus dili biliyi;
  • Müştərilərlə ünsiyyət qurma bacarığı;
  • Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
  • Xoş səs tonu;
  • Məsuliyyətlilik və inkişafa meyillilik;
  • Stresə davamlılıq;
  • Emosiyalarını idarə etmə bacarığı;
  • Kollektivdə komanda ilə işləmə bacarığı.

VAKANSİYA 16

Emsa Food

Sosial Media üzrə mütəxəssis

Son tarix 04 iyn 2022 – [email protected]

İş yeri: Bakı şəhəri

İşin təsviri: 

  • Sosial media hesabları və platformaları (Facebook, Instagram, Twitter, LinkedIn, Youtube    və s.) ilə işləmək;
  • Gündəlik, həftəlik və aylıq yüksək keyfiyyətl kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək;
  • Kontent və posterləri yerləşdirdikdən sonra sosial şəbəkəyə gündəlik gələn şərh və soruğuları cavablandırmaq;
  • Səhifəyə gələn sorğuları müvafiq şöbələrə yönləndirmək və ya cavablandırılmasını təmin etmək;
  • Sosial şəbəkələrdə reklam, aksiya və kampaniyaları yaratmaq və idarə etmək;
  • Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək və kifayət qədər sərbəst işləməyi bacarmaq;
  • Bütün SMM kanallarına nəzarət etmək;

İş şəraiti:

  • İş rejimi: I-V günlər, 09:00-18:00;
  • Şənbə günü qısa gün;
  • Nahar yeməyi və rabitə xərcləri təmin edilir;
  • Karyera yüksəlişi imkanı;
  • İş yeri –  İçəri şəhər metrostansiyanın yanı;

Tələblər:

  • Təhsil – Ali.
  • Yaş həddi – 22-35 yaş.
  • SMM sahəsində iş təcrübəsi minimum 2-3 il;
  • Azərbaycan və Rus dillərini əla səviyyədə bilməli, İngilis dilini bilməsi arzu olunandır;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə)  mövzu yerinə “SMM üzrə mütəxəssis” yazaraq göndərilməsi xahiş olunur.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

VAKANSİYA 17

Azərbaycan Bank Tədris Mərkəzi

Təlim Koordinatoru

Son tarix 04 iyn 2022 – [email protected]

Vəzifə öhdəlikləri:

  • Mərkəzə telefonla müraciətlərin cavablandırılması və ya ünvanlanması;
  • təlim üçün müraciətlərin və təlim iştirakçılarının qeydiyyyatını aparmaq və qeydiyyatla bağlı müraciətləri cavablandırmaq;
  • Mərkəzə elektron poçtla müraciət etmiş müraciətləri öz səlahiyyətləri çərçivəsində cavablandırmaq, səlahiyyətlərinə aid olmayanaları aidiyyatı işçilərə ünvanlamaq;
  • Mərkəzə ziyarətçilərin qarşılanmasını təşkil etmək;
  • təlim otağını hazırlamaq və təlimçilərin sifarişləri əsasında onu təlim avadanlıqları ilə təmin etmək və ofisdən kənarda keçirilən təlimləri təşkil etmək;
  • təlim materiallarını qrammatik yoxlamaq, Mərkəzin standartlarına uyğunlaşdırmaq, çoxaldılmasını və dinləyicilərə vaxtında verilməsini təmin etmək;
  • təlim kursları üzrə testlərin və anonim qiymətləndirmələrin keçirilməsini (avtomatlaşmış və fiziki) təşkil etmək, nəticələri emal etmək;
  • təlimsonrakı hesabatları və təlimçilərin dərs saatları barədə hesabatları hazırlamaq;
  • təlim vaxtının dəyişdirilməsi barədə dinləyiciləri məlumatlandırmaq;
  • daxili qaydalarla müəyyən olunmuş kurslarda testlərinin nəticələrinin müzakirəsini təşkil etmək;
  • onlayn təlimləri təşkil etmək: təlimlərim yaratmaq, dinləyicilərə qoşulmaq üçün məsafədən dəstək vermək, təlimi izləmək və Mərkəz tərəfindən ortaya çıxan texniki problemlərin həlli üçün öz səlahiyyətləri çərçivəsində tədbirlər görmək, ehtiyac olanda müvafiq əməkdaşı cəlb etmək;
  • təlim iştirakçıları üçün sertifikatları hazırlamaq və onlayn təlimlər üzrə onları aidiyyəti iştirakçı və ya sifarişçiyə göndərmək;
  • Mərkəzin rəhbərliyinin təlimlərin təşkili üzrə ona həvalə etdiyi digər funksiyaları həyata keçirmək.

Vəzifəyə aid tələblər:

  • Ali təhsil 
  • Azərbaycan və rus dili bilikləri yüksək səviyyədə, İngilis dili biliyi orta səviyyədə
  • Təlim təşkili sahəsində ən azı 1 il iş təcürbəsi
  • Səlist danışıq və yazı qabiliyyəti
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Təşkilatçılıq və yaradıcı yanaşma 
  • Təşəbbüskar və yeniliklərə açıq
  • Ehtiyac yarandığı halda həftə sonları işləyə bilmək ( Əmək qanunvericiliyi ilə tənzimlənir və əlavə ödəniş edilir)

Biz Sizə nə vəd edirik:

  • Daimi inkişaf imkanı, mehriban və səmimi kollektivdə iş
  • Performansın dəyərləndirilməsi və motivasiya;
  • Mərkəz hesabına nahar yeməyi;
  • Tibbi sığorta;
  • Əmək qanunvericiliyinə uyğun iş şəraiti.

VAKANSİYA 18

Matanat A

Keyfiyyətə nəzarət üzrə mütəxəssis

Son tarix 04 iyn 2022 – [email protected]

İşin təsviri:

  • Xammal, qab və etiketlərin keyfiyyətində uyğunsuzluq hallarının araşdırılması
  • Xammal, qab və etiketlərin nümunələrinin göstəricilərinin qeyd edilməsi və saxlanması
  • Laboratoriya avadanlıqlarını tanıyıb, onlarla işləməyi bacarmalıdır;
  • Resept əsasında yeni məhsul hazırlamağı bacarmalıdır;
  • Analiz üsullarını öyrəndikdən sonra laboratoriya mütəxəssisinin tapşırığı və nəzarəti altında gündəlik istehsal olunan məhsulların keyfiyyət analizlərini müəyyən edilmiş prosedurlara əsasən vaxtında və keyfiyyətlə yerinə yetirməlidir;
  • Analizlərin aparılması zamanı aparılan müşahidə və nəticələri səliqəli formada qeydiyyata almalıdır;

Əmək haqqı: Razılaşma yolu ilə.

Tələblər:

  • Təhsil: Ali (bakalavr)
  • İş təcrübəsi: Ən azı bu sahədə 1 il il iş təcrübəsi olmalı. (Boya və Gips sahəsində işləmiş laboranta üstünlük verilir.)
  • Yaş həddi: 24-35;
  • Cinsi: Kişi/qadın 
  • Kompüter biliyi: Word, Excell, Internet Explorer;
  • Dillər: Azərbaycan dili.
  • Nahar və nəqliyyat (servis xidməti) şirkət tərəfindən təmin edilir.
  • İş yeri: Bakı-Sumqayıt şosesi Masazır dairəsinin yaxınlığında yerləşir.

Şəxsi keyfiyyətləri:

  • Fikrini izah etmək qabiliyyəti;
  • İşə planlı yanaşması;
  • Ünsiyyət yaratmaq bacarığı;
  • Fəal olması;

Əlavə tələblər: 

  • Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşması, dəqiq və dürüst olması tələb olunur.

Qeyd:

  • İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
  • CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək göndərin.

VAKANSİYA 19

Foriella

Operator

Son tarix 04 iyn 2022 – [email protected]

İş yeri: Lənkəran şəhəri 

Elanın son tarixi: 04.06.2022

Vəzifə öhdəlikləri:

  • Malların uçotunun aparılması
  • Kassa  sənədlərinin işlənilməsi
  • Debitor və kreditor bocların uçotunun aparılması
  • Müştəri sifarişlərinin hazırlanması , tədarükçüyə sifarişi 
  • Malların alışı və satışının uçotunun aparılması
  • Malların inventarizasiya edilməsi 

Tələblər:

  • Ali təhsilli (iqtisadi va maliyyə)
  • Bu sahədə 1-2 il  təcrübəsinin olması vacibdir
  • MS/office, word,excel proqramlarını bilməli
  • Komanda ilə işləmə bacarığı
  • Məsuliyyətli və inkişafa meyilli olmalı

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş rejimi: 10:00-dan 19:00-dək (həftədə 1 gün istirahət, qrafik üzrə)

Zəhmət olmasa, CV-nizi mövzu yerində “Operator” vəzifəsini qeyd etməklə elektron poçtuna göndərin.

VAKANSİYA 20

189 Taxi

Korporativ satış mütəxəssisi

Son tarix 04 iyn 2022 – [email protected]

Tələblər:

  • Ali təhsili;
  • Kompüterlə işləmək bacarığı;
  • Azərbaycan və rus dilləri- səlis ,ingilis dili -arzuolunan;
  • Komandada işləmə bacarığı;
  • Müştərilərlə işləmək bacarığı; 
  • İşgüzar danışıqlar aparma qabiliyyəti;
  • Xoş gorünüşlü, gülərüz; 
  • Punktual, məsuliyyətli, məqsədyönlü; 
  • Aktiv və çalışqan.

İş  öhdəlikləri:

  • Potensial müştərilərin tapılması üzrə axtarışların keçirilməsi;
  • Yeni müştəriləri şirkətə cəlb etmək ( Müştərilərlə görüş almaq, görüşlər keçirmək, təkliflər hazırlamaq);
  • Satışın həyata keçirilməsi;
  • Müştəri ilə sıx əməkdaşlıq;
  • Satış haqqında gündəlik və aylıq hesabatların hazırlanması.
  • Rəhbərliyin göstərişlərinin yerinə yetirilməsi

Ofis-şəhərin mərkəzində

5 günlük iş qrafikı, 9.00-18.00 

Əmək haqqı – müsahibə nəticəsi əsasında müəyyənləşdirilir

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərsinlər.

Requirements:

  • Higher education;
  • Computer skills;
  • Azerbaijan and Russian – fluent, English – good;
  • Teamwork skills;
  • Ability to deal with customers;
  • Business negotiation skills;
  • Good-looking and friendly;
  • Punctual, responsible, goal-oriented;
  • Active and hard-working.

Job responsibilities:

  • Search for potential customers;
  • Involve new customers in the company (meeting with customers, holding meetings, preparing offers);
  • Effect a sale;
  • Closely collaborate with customers;
  • Prepare daily and monthly sales reports.
  • Implementation of the management’s instructions

The office is located in the center of the city.

5-day working schedule, 9.00-18.00 

Salary will be determined on the basis of interview results 

Candidates meeting these requirements may submit their CVs to the following email address.

VAKANSİYA 21

FLY INN BAKU

PR Marketing Manager

Son tarix 04 iyn 2022 – [email protected]

Nəyi bilməlidir:

  • Azərbaycan, Rus və İngilis dili;
  • Bazar araşdırması;
  • Ənənəvi və yeni marketinq kanalları;
  • Microsoft Word, Excel, Outlook proqramları.

Nəyi bacarmalıdır:

  • Nəticə yönümlülük;
  • Kreativlik;
  • İşgüzar ünsiyyət;
  • Vaxtın idarəolunması;
  • Ünsiyyət bacarıqları;

Xüsusi tələblər:

  • Biznes/Marketinq və ya hər hansı əlaqəli sahədə bakalavr dərəcəsi;
  • Marketinq üzrə sertifikatlar və kvalifikasiyalar;
  • Müvafiq vəzifə üzrə azı 3 il iş təcrübəsi;
  • Səliqəli xarici görünüş;
  • Ezamiyyələrə hazır olmaq;

Gözlənilən davranışlar:

  • Nizam-intizamlı;
  • Tələbetmə və yönləndirmə;
  • Komandada işləmə və düzgün idarəetmə.

İş şəraiti: 

  • İş qrafiki: 5 günlük;
  • AR ƏM -nə müvafiq sənədləşmə;
  • Korporativ nömrə ilə təmin edilmə;
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.

Vəzifə öhdəliyi:

İctimaiyyətlə əlaqələr üzrə:

  • Event-management: müştərilər, partnyorlar və əməkdaşlar üçün tədbirlərin təşkili;
  • Rüblük, yarım illik, illik PR planlarının hazırlanması;
  • İctimaiyyətlə əlaqələr materiallarının plana uyğun olaraq yaradılması;
  • Təqdimat kampaniyalarının planlaşdırılması və həyata keçirilməsi;
  • Reklam kampaniyalarının hazırlanması və idarə olunması;
  • Sərgilərin, sosial layihələrin təşkil edilməsi;
  • Daxili PR strategiyasının hazırlanması və reallaşdırılması;
  • Kütləvi informasiya vasitələri ilə faydalı əməkdaşlığın qurulması;

Sosial media və marketinq üzrə:

  • Bazar araşdırması; Marketinq proseslərinin idarə olunması;
  • Marketinq planını həyata keçirmək və büdcə hədəflərinin yerinə yetirilməsini təmin etmək;
  • Qiymət strategiyalarını tənzimləmək;
  • Aksiyaların məqsədli təşkili;
  • Rəqəmsal marketinq planlarının hazırlanması və tətbiqinin həyata keçirilməsi;

VAKANSİYA 22

Oil Company

Buyer

Son tarix 04 iyn 2022 – [email protected]

Work Location:Base Office (30 km away from the city centre)
Position Schedule: ASAP, 1 year (renewable)

Education: Higher education
Years of Working Experience: minimum 3 years of experience in a similar role within Oil and Gas Industry;
Knowledge of Languages:  English (fluent), Azerbaijani (fluent).

Other Skills/Certificates Required:    

  • Good sourcing capabilities;
  • Good negotiation skills;
  • Knowledge of software such as SAP;
  • Be fluent in standard software for PC such as MS Office;

Responsibilities:

  • Buys materials/services on behalf of the company and its projects, optimising costs, observing requested time limits and quality standards;
  • Collaborates in defining project vendor list;
  • Issues requests for Offers (RdO) on the basis of requests for procurement (RdA), (RdO) must contain instructions necessary for deciding on an adequate and complete offer: technical specifications, general buying conditions and details, time limit for presentation of offer;
  • Follows up potential suppliers during preparation phase of tenders and guarantees necessary secrecy during tendering phase;
  • Carries out statistical tabulation of commercial comparisons of the tenders received, request technical comparison tabulations from relevant sectors, prepares technical-economical tabulation and recommends supplier;
  • Prepares and conduct negotiations, further checking if detailed technical specifications are guaranteed, also checking whether detailed economical specifications given in the Bidding phase are consistent with those reported in the final contract;
  • Draws up starting contract based initially on company standard contracts, stipulates buying conditions and issues order, checking formal correctness in line with Company and Group policies;
  • Checks that supplier accepts the order;
  • Informs the unsuccessful vendors on the results of the tender;
  • Follows up any subsequent revisions of the order;
  • Guarantees that feedback is received on supply quality;
  • Checks on correct transfer of goods and materials;
  • Issues periodic reports and/or on request on progress of activities.
  • Fully adhere, at all times and irrespective of the work place, to Company Health, Safety, Environmental and Quality (HSEQ) policies, procedures and requirements;
  • Perform other related duties as assigned by the Superior.

VAKANSİYA 23

Ofis Plus

Korporativ Satış Meneceri

Son tarix 04 iyn 2022 – [email protected]

İş barədə məlumat:

  • Potensial korporativ müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;
  • Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması, mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması;
  • Müştəri barədə informasiyaları (Müştərinin rekvizitlərini, əlaqə qaydasını, hüquqi və faktiki ünvanı) toplayır və müştəri bazasına qeyd edir;
  • Yeni müştərilərə “soyuq” zənglərin edilməsini icra edir.
  • Görüş və təqdimatların təşkil edilməsini təmin edir
  • Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
  • Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması;
  • Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması; 
  • Korporativ satış planının yerinə yetirilməsi.

Namizədə dair tələblər:

  • Ali təhsil (Satış və marketinq sahəsində)
  • İş təcrübəsi: Korporativ satış sahəsində 1-3 il
  • Ms. Office proqramlarını yüksək səviyyədə bilməlidir.
  • idarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitik olmalıdır,
  • Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikaları bilməli;
  • Müştəriyönümlü satış  etmək bacarığının olmalı;
  • Liderlik keyfiyyətlərinə malik olmalı;
  • Korporativ idarəetmənin prinsiplərini bilməlidir.

Çalışma qrafiki: Həftə içi 5 gün, saat 09:00-18:00.

Ünvan:Ağ şəhər Xaqani Rüstəmov küç 6

Əmək haqqı: razılaşma ilə

Subject: Korporativ satış Meneceri

VAKANSİYA 24

Optimal Electronics

Onlayn satış məsləhətçisi

Son tarix 04 iyn 2022 – 

Tələblər:

  • Təhsil: Ali və ya orta;
  • Azərbaycan və Rus dillərini səlis bilməli, 
  • Avtomobil ehtiyyat hissələri barədə biliklər üstünlükdür;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
  • Satış qabiliyyəti olmalı;
  • Məhsulları təqdim etmək bacarığına malik olmaq.

Əsas vəzifələr:

  • Onlayn şəkildə yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək;
  • Müştərinin seçimi üçün optimal şərait yaratmaq;
  • Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
  • Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək

Biz Sizə təklif edirik:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Həftədə 6 iş günü, 1 gün istirahət;
  • Karyera yüksəlişi imkanı;
  • Ödənişsiz təlimlər;
  • Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.

Müraciət etmək istəyən namizədlər aşağıdakı linkə daxil ola bilərlər.

VAKANSİYA 25

Güvənli MMC

Kredit üzrə mütəxəssis (Təcrübə Proqramı)

Son tarix 04 iyn 2022 

Bakı şəhərində və Lənkəran,Quba,Xaçmaz, Gəncə,Bərdə,Beyləqan,Tərtər,İmişli də yerləşən filiallar.

İş haqqında məlumat:

  • Təşkilatın kredit məhsullarını təbliğ edir, birbaşa marketinq və satış funksiyasını həyata keçirərək müştəri şəbəkəsinin genişləndirilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək;
  • AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • İş qrafiki: 1-5-ci günlər saat 09:00-dan 17:00-dək, 6-ci gün 10:00 dan 16:00-dək.

Tələblər:

  • Cins: Kişi namizədlər;
  • Şəhər: Bakı
  • Ali təhsil;
  • Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
  • Riyazi biliklər və Satış bacarığına malik olmaq

Təcrübə proqramını uğurla başa vuranlar təşkilatımızda işlə təmin olunacaqlar.

Qeyd olunan tələblərə uyğun gələn namizədlər CV-lərini aşağıdakı linkə keçid edərək sayta daxil olub göndərə bilərlər.

VAKANSİYA 26

Happy Market

Mühasib

Son tarix 04 iyn 2022 – [email protected]

Əmək haqqı: 800-1200 (biliklərərə əsasənbiliklerine esasen)

İş saatı 09:00 – 19:00

Həftənin 6 günü iş günüdür

Nahar şirkət tərəfindən verilir.

Market sahəsində təcrübəsinin olması arzuolunandır.

Namizədə aid tələblər:

  • Yaş həddi: 28-35
  • Mühasibatlıq və ya maliyyə ixtisası üzrə tam ali təhsil Mühasib kimi 2-3 il iş təcrübəsi;
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
  • MS Office, 1C, BTP, EVHF hesabatları mükəmməl səviyyədə bilməli; 
  • ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə çalışa bilməli. 

İş haqqında məlumat:

  • Vergi, statistika və DSMF hesabatların hazırlanması; 
  • Maliyyə, büdcə, maya dəyəri hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib edilməsi, düzgünlüyünün analızı və təqdim edilməsi; 
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi; 
  • Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi.

Əlaqə nömrəsi: 0552228020. 

VAKANSİYA 27

Ofis Plus

Satıcı/Kassir

Son tarix 04 iyn 2022 – [email protected]

Vəzifə öhdəlikləri:

  • Mağazaya daxil olan müştərilərin rahat bir şəkildə seçim etməklərinə şərait yaratmaq
  • Müştərilərin suallarını cavablandırmaq, gərəkli olduğu təqdirdə məhsullarla bağlı məsləhət vermək
  • Müştəri məmnuniyyətinin təmini üçün şirkətin bu barədə olan siyasətinə uyğun davranmaq
  • Satışın icrasını təmin etmək

Namizədə dair tələblər:

  • Yalnız xanım namizədlər
  • Şəxsi inkişafa meyli olmalı
  • Dinamik və pozitiv olmalı
  • Təcrübənin olması üstünlükdür
  • 22-30 yaş arası olanlara üstünlük veriləcək

İş şərtləri və imkanları barəsində:

  • İş yeri:  Ağ şəhər, Xaqani Rüstəmov küç 6, Ofis Plus mağazası
  • İş qrafiki növbəlidir: parttime 1-ci növbə – 08:00-14:00

Əmək haqqı 200 azn

Subject: “Satıcı

fed.az