İcbari tibbi sığorta haqqında maarifləndirmə tədbiri keçirilib

299

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO) strukturuna daxil olan qurumlarında ölkəmizdə 2021-ci ildən tətbiqinə başlanmış İcbari Tibbi Sığortaya həsr edilmiş maarifləndirici tədbir keçirib.

ASCO-nun Bibiheybət Gəmi Təmizi Zavodu, Zığ Gəmi Təmiri və Tikintisi Zavodu, Dəniz Nəqliyyat Donanması və Xəzər Dəniz Neft Donanmasının əməkdaşlarından ibarət olan dinləyicilərə bu sığorta növü barədə ətraflı məlumat verildi.

İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyinin (İTSDA) əməkdaşlarının təqdimatları mövzunu geniş əhatə edib. Tədibrdə İcbari tibbi sığorta və onun məqsədi, kimlər istifadə edə bilər, əmək haqqında sığortan tutulmalar, tibb müəssisələri, xidmət zərfində daxil olan tibbi prosedurlar, ödənişsiz və ödənişli təqdim edilən arayışlar və başqa maraqlı mövzulara toxunuldu.

Maraqlı məqamlardan biri Xidmət Zərfinin elektron axtarış sistemidir. Belə ki, bu sistem vasitəsi ilə vətəndaş ona lazım olan tibbi xidmətin Xidmətlər Zərfində mövcudluğunu yoxlaya bilər. Qeyd edək ki, sistemdə tibb xidmətinə görə Agentlik tərəfindən tibb müəssisəsinə ödənilən məbləğ də əks edilir.

Təqdimatdan sonra ASCO əməkdaşlarını maraqlandıran suallara da cavab verildi.

asco.az