ADDA-da üzgüçülük yarışı keçirilib

339

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) tələbələr arasında üzgüçülük yarışı keçirilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bu idman tədbirində ümumilikdə 18 tələbə və magistrant iştirak edib. Sərbəst stildə 50 metr məsafəni üzmək tapşırığını alan yarış iştirakçıları qalib olmaq uğrunda mübarizəyə qatılıblar. 

Nəticəyə görə “Gəmi sürücülüyü” fakültəsinin 201 MR qrupunun magistrantı Sabir Amirmetov qeyd olunan məsafəni 33,94 saniyəyə üzərək 1-ci yerə layiq olub. Yarışın ikincisi “Gəmi mexanikası və elektromexanikası” fakültəsinin 090R qrupunun tələbəsi Fuad Səbzalıyev olub. O, bu məsafəni 37,36 saniyəyə üzə bilib. ADDA-da təhsil alan Qazaxstan vətəndaşı Ulan Abdireş 37,42 saniyə nəticə göstərərək fəxri kürsünün üçüncüsü ola bilib.

Xatirladaq ki, yarış Yarış Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində fəaliyyət göstərən Təlim Tədris Mərkəzinin üzgüçülük hovuzunda təşkil olunub.