Göyərtəsində azərbaycanlıların da olduğu gəmidəki yanğın söndürüldü: Ölən var – YENİLƏNİB

279

Krasnodar diyarının Temryuk limanı yaxınlığında gəmidə baş verən yanğın söndürülüb.

Cənub Federal Dairəsinin fövqəladə hallar xidmətindən bildirilib ki, insident nəticəsində bir nəfər ölüb.

Yanğının ekipaj tərəfindən söndürüldüyü qeyd olunub.

17:20

Azov dənizindəki Temryuk limanının sularında quru yük gəmisində yanğın baş verib.

Bu barədə “İnterfaks”a liman xidmətlərindəki mənbə bildirib.

Zərərçəkənlərin olub-olmaması barədə məlumat verilmir.

Türkiyəyə məxsus “Aqua” karqo gəmisində Hindistan, Azərbaycan və Türkiyədən olan 13 nəfər var.

İlkin məlumatlara görə, təyyarədə taxıl bitkiləri yükü olub. Yük gəmisi Vanuatu bayrağı altında üzüb.