ASCO-da futbol oyunu keçirilib

225

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) aparat əməkdaşları ilə ”Səbail” FK futbolçuları və məşqçi heyyəti arasında yoldaşlıq görüşü keçirilib.

Görüş ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilib.

ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin təşkilatçılığı ilə keçirilən görüşdə QSC nümayəndələri professional futbolçulara qarşı layiqli oyun göstərməyi bacarıb. Yoldaşlıq görüşü gərgin mübarizə ilə yadda qalıb. Futbol oyunu zamanı qalib müəyyənləşməyib. Hakimin final fiti səslənəndə 3-3 hesabı qeydə alınıb.

Xatırladaq ki, ASCO aparını təmsil edənlər arasında Samir Abdullayev, Zaur Nağıyev, Fuad Hacıəliyev, Anar Hüseynli, Pərviz Babazadə, Hüseyn Əliyev, Vüqar Mahmudov, İxtiyar Asyabi olub.

asco.az